Rixard Vaqner
Mənim həyatım
332
gümüşlə verilməsi də onun əhvalına yaxşı təsir etmişdi. Avstriya kağız pullarının
dəyəri o zaman çox aşağı idi və o, böyük gəlir götürmüşdü. Genelin sevinci o
qədər böyük idi ki, ehtiyatsız davranaraq, düşünmədən körpüdən evimədək olan
yetərincə uzun yolu mənlə birgə açıq faytonda getdi, halbuki, o, bir neçə həftə
əvvəl Drezden cəmiyyəti arasında özümə qarşı qəzəbli və şübhəli münasibət ya-
ratdığımı bilirdi. Onun davranışı məni qeyri-adi dərəcədə sevindirirdi.
221
Buradahakimiyyətinmənəqarşı qəzəbi yatmışdı.Kapelmeystervəzifələrimin
icrasına başladım. Heç bir əngəl olmadan adi həyat tərzimə qayıtdım. Amma elə
bu zaman köhnə qayğılar və çətinliklər yenidən baş qaldırdı: pul tapmaq lazım
idi və bunu necə edəcəyimi bilmirdim. Maaşımın artırılması barədə müraciətimə
cavabla dəqiq tanış olmağı qərara aldım. Əvvəlcə, onun xarakterindən məyus ol-
duğumdan sənədi sonadək oxumamışdım. Böyük utancla əmin oldum ki, səhv
etmişəm: fon Lütihaunun alçaldıcı şəkildə olsa da, maaşıma illik artım üçün
əlləşib-vuruşduğunu düşünürdüm. Məlum oldu ki, söhbət yalnız birdəfəlik yar-
dımdan gedirmiş. Beləliklə, tamamilə çıxılmaz vəziyyətə düşmüşdüm, çünki bu
münasibətə izah axtarmaq gec idi, mənə öz biabırçılığımın dilənçi kompensasiya-
sı ilə barışmaqdan başqa heç nə qalmırdı. Bu vəziyyət cənab fon Lütihau barədə
rəyimi dəyişməyə vadar etdi məni, bugünədək ümumi yürüşçülər arasında onun
mənə qarşı alicənablıqla davrandığını düşünürdüm. Əlimə bu baxımdan onu
açıq-aydın və birdəfəlik səciyyələndirən sübutlar keçdi. Lütihau bildirdi ki, kral
kapellasının üzvləri mənə yer ayrılmasından imtina xahişilə nümayəndə heyəti
göndəriblər, çünki onlar siyasi cəhətdən ləkəli kapelmeysterin rəhbərliyi altında
qulluq etməyi öz ləyaqətlərinə sığışdırmırlar. Guya o, bu adamları amansızlıqla
danlayıb və sakitləşməyə vadar edib. Bu hadisə mənə Lütihaunu xoş tərəfdən
təqdim etdi və ona əvvəlki münasibətimin xeyrinə dəstək verdi. Amma kapella-
nın üzvləriylə danışanda məlum oldu ki, məsələ başqa cürmüş. Düzdür, saray
mühiti kral kapellasını belə bəyanatla çıxış etməyə sövq edib , onları hətta kralın
gözündən düşmək və siyasi etibarsızlıq qazanmaqla da hədələyiblər, amma bu
hiylələrin cavabında musiqiçilər mümkün xoşagəlməz fəsadlardan sığortalanmaq
üçün öz şeflərinə nümayəndə heyəti göndəriblər. Nümayəndə heyətinə həvalə
olunub ki, kapellanın bədii yaradıcılıq birliyi kimi özünü sənətə dəxli olmayan
məsələlərə müdaxilələrə borclu hesab etmədiyini bəyan etsin. Beləliklə, o vaxtadək
öz aləmimdə fon Lütihaunu əhatələndirdiyim nurlu halənin sonuncu izləri silindi.
Yalnız onun məkrinə səmimi inamla yanaşmağımdan doğan utanc hissi qalırdı.
Bundan sonra bu adama yalnız düşmənçilik duya bilərdim. Amma üzləşdiyim