333
Rixard Vaqner
Mənim həyatım
təhqirlərdən daha çox mənə Lütihaunun vasitəsilə teatrın dirçəlməsinə çalışmağın
tam mümkünsüzlüyünü dərk etməyim təsir etdi. Başqa heç nə məndə kapelmeys-
ter kimi yüksək vəzifədə qalmaq arzuma səbəb ola bilməzdi. Bu şərtlərdə, hətta
üstəlik, qeyri-adi dərəcədə cüzi və bir hissəsi kəsilmiş maaşla belə faəliyyətin heç
bir cəhdə dəymədiyini düşünürdüm və təsadüfən vəziyyətin uğursuz zolağına
düşmüş bir insan kimi yalnız ehtiyac üzündən öz vəzifəmin icrasına davam edir-
dim. Vəziyyəti qəlizləşdirəcək heç nə etməsəm də, onu yaxşılaşdırmaq üçün də
cəhd göstərmirdim.
222
Necə olur-olsun, maaşımın artırılması ilə bağlı itirilmiş ümidlərimi nə iləsə
əvəz etməli idim . Bu münasibətlə Listlə əlaqə yaradıb, çətin vəziyyətdən çıxmaq
üçün ondan məsləhət istəmək ağlıma gəldi. Məşum mart günlərindən sonra, “Lo-
enqrin” partiturasının başa çatmasına az qalmış bir gözəl səhərdə dostum məni
qəfil ziyarəti ilə sevindirdi. List barrikada günlərini keçirən Vyanadan gəlirdi və
uzun müddətə yaşamaq üçün Veymara yollanırdı. Axşamı Şumanın yanında ke-
çirdik. Əvvəlcə musiqi ifa etdik, sonra fikir mübadiləsi apardıq. Bizimmüzakirələr
Listlə Şumanın Mendelson və Meyerbaxla bağlı baxışlarındakı ziddiyyət üzündən
onunla nəticələndi ki, ev sahibi hirslənib, yataq otağına keçdi və uzun müddət
oradan çıxmadı. Bununla da, o, bizi çox qəribə, bir qədər də komik vəziyyətə saldı
və evə geri qayıdanda bu barədə danışdıq. Listi belə qayğısız və şən əhvalda az-
az görürdüm, həmin gün o, mənimlə və konsertmeyster Şubertlə birgə qayıdırdı,
kəskin şaxtada frak geyinsə də, hər birimizi mənzilimizədək ötürdü. Avqustda bir
neçə asudə günümdən istifadə edib, Veymara, Listin yanına getdim. O, məlum ol-
duğu kimi, böyük hersoqla qeyri-adi dərəcədə yaxın münasibətdə idi və Vermar-
da uzun müddətə məskunlaşmışdı. Mənə uğursuz himayədarlıqdan başqa heç nə
ilə kömək etməsə də, qısamüddətli səmimi görüşümüz məndə ruh yüksəkliyi və
xeyli ümidli təsir oyatdı. Drezdenə qayıtdıqdan sonra büdcəmi qaydaya salmağa
çalışdım. Heç bir yerdən kömək gözləmədən, qərara aldım ki, mənə xeyirxahlıqla
yanaşan bəzi kreditorlara müraciət edim. İşlərimin vəziyyətini açıq izah etdim,
xahiş etdim ki, vəziyyət yaxşıya doğru dəyişincəyədək borcların ödənməsini
təxirə salsınlar. Başa saldım ki, öz razılıqlarını elan etməklə əsas düşmənimi – baş
direktoru mənə ziyan vurmaq imkanından məhrum edəcəklər, çünki o, elə kre-
ditorların açıq çıxışlarını gözləyir ki, mənə qarşı həlledici kampaniyaya başlasın.
Kreditorlar məktubuma dərhal cavab verdilər: Puzinelli və köhnə tanışımız xanım
Klepperbeyn öz iddialarından tamamilə vaz keçməyə hazır olduqlarını bildirdilər.
Beləliklə, bir qədər rahatlanmış və fon Lütihaunun mümkün kələklərindən sığor-