Rixard Vaqner
Mənim həyatım
334
talanmış halda kapelmeyster öhdəliklərimin icrasına geri döndüm. Böyük şövqlə
özümü orta əsrlər Almaniyası tarixi ilə bağlı sevimli məşğələlərimə həsr etdim.
İstədiyim vaxt vəzifəmi tərk edə bilərdim.
223
Belə bir şəraitdə mən dostum Rekelin taleyini maraqla izləyirdim. Hər gün
gözlənən mürtəce addımlar və hakimiyyət tərəfindən törədilən yeni zorakılıqlar
barədə həyəcanlı şayiələr yayılırdı. Rekel irtica ilə mübarizəni zəruri hesab edirdi,
o, sakson ordusunun əsgərlərinə əsaslı müraciət hazırladı, bunu çap edib çoxlu
nüsxədə yaydı. Bu davranış hakimiyyətə həddən artıq ədəbsiz göründü. Reke-
li həbs etdilər və vəkili Minkvis min taler girov ödəyənədək o, həbsxanada üç
gün keçirdi. Ona qarşı dövlətə xəyanət ittihamı ilə proses başladı. Rekel “Vətən
ittifaqı”nın Rəyasət Heyətinin təşkil etdiyi kiçik küçə nümayişinin müşayiətilə
evə, arvadının və uşaqlarının yanına qayıtdı. Onu xalq uğrunda fədai hesab edən
nitqlərlə qarşıladılar. Baş müdriyyət onu cüzi maaş aldığı işindən məhrum etdi.
Rekel dərhal uzun saqqal saxladı və özü təkbaşına xalq qəzeti nəşr etməyə başladı.
Buradan gələn gəlir məhrum olduğu musiqi direktoru vəzifəsinin əvəzində onu
mükafalandırmalı idi. O,
Brüdergasse
küçəsində idarə kimi icarəyə verilən mənzil
kirayələdi. Vərəqələr bütün diqqəti onun redaktorunun üzərinə çəkdi və Rekelin
istedadı tamam başqa tərəfdən göründü. O heç vaxt dumanlı incəsənət ifadələri
ilə özünü dolaşdırmırdı, gündəlik sözlərlə, anın ümumi tələbləri ilə kifayətlənirdi.
Çaparaq konkret nümunələrdən yüksək prinsiplərə keçərək onları sakit və ayıq
müzakirə edirdi. Ayrı-ayrı məqalələr qısa idi və özündə artıq olan heç nəyi ehti-
va etmirdi. Onlar ən sadə, savadsız adamlar üçün də aydın, faydalı və inandırıcı
idi. O həmişə işin mahiyyətindən danışır, cahil adamlar arasında siyasi zəmində
qarışıqlıq yaradan formal təsvirlərə varmırdı. Buna görə də, Rekel tezliklə həm
ziyalılar, həm də savadsız əhali arasında yetərincə böyük oxucu kütləsi topladı.
Bu həftəlik vərəqələrin qiyməti çox ucuz olduğundan nəşrin gəlirləri həddən artıq
cüzi idi. Digər tərəfdən, cəsarətlə söyləmək olardı ki, irtica güclənsə, Rakelə bu
qəzeti çıxarmasını bağışlamayacaqlar. Onun bir müddətlik Drezdenə gələn kiçik
qardaşı Eduard İngiltərədə gəlirli musiqi müəllimi işini qəbul etməyə hazır idi –
halbuki, bu işi heç sevmirdi: yəni, zərurət yaranarsa (
əvvəlcədən düşünmək olardı
ki, Rekeli həbs və ya edam
cəzası gözləyir
),
qardaşının ailəsinə kömək etmək imkanı
olsun. Bütün mümkün qapalı cəmiyyətlərlə işgüzar münasibətlər çox vaxt aldığın-
dan mən Rekeli az-az görürdüm və bizim ünsiyyətimiz qısa müştərək gəzintilərlə
məhdudlaşırdı. Mən aydın beyni olan bu təşəbbüskarla mücərrəd mübahisələrə
dalırdım. Rekel özü üçün sosial münasibətlərin çevrilişi, onların tarixən necə qu-