335
Rixard Vaqner
Mənim həyatım
rulması, yeni ictimai təməllərdə yeni quruluşun yaradılması barədə tam müfəssəl,
əlaqəli anlayış işləyib hazırlamışdı. O, Prudonun və digər sosialistlərin təlimi, fəhlə
sinfinin məhsuldar qüvvələrinin təşkilatlanması yoluyla kapital hakimiyyətinin
məhvi ideyası əsasında yeni mənəvi dünya düzənini irəli sürürdü. Üstəlik, Rekel
burada açılan üfüqlərlə məni o qədər şirnikləndirdi ki, mən də arzuladığım ideal
sənətin realizəsi ümidlərimi bu yeni quruluşa bağladım. Məni iki məqam xüsusi
narahat edirdi. O, bizim qəbul etdiyimiz nikahı rədd edirdi. Rekeldən soruşdum:
daim yenilənən əlaqələr şəraitində bizim qadınlarla münasibətlərimiz necə ola-
caq? O, alicənab bir əsəbiliklə cavab verdi ki, müasir təsərrüfatın və siniflərin bo-
yunduruğunda biz özümüzə insana xas adətlərin təmizliyi, cinslərin biri-birinə
həqiqi ali münasibəti barədə hesabat verə bilmirik. Pulun hakimiyyəti, sosial və
ailə vəziyyətinin üstünlükləri, heç bir mövhumatın – bugünkü quruluşla bağlı heç
nəyin olmadığı cəmiyyətdə qadını kişiyə məxsus olmağa nə vadar edə bilər? Başqa
bir vaxt mən ondan soruşdum: hamının eyni dərəcədə işçi mükəlləfiyyəti daşımalı
olduğu halda, cəmiyyət özünü bütünlükdə bədii yaradıcılığa həsr edən azad ruh-
lu insanları haradan alacaq? O cavab verdi: hər şey insanın qüvvəsi və bacarığı ilə
uyğun olarsa, əməyin ağırlığı ilə bağlı anlayış özü aradan qalxacaq, o zaman işin
özü bədii çalar alacaq. Rekel belə əsas gətirirdi: bir kəndlinin əkib-becərdiyi sahə
bütün bir kooperasiyanın ayrı-ayrılıqda becərdiyi sahədən daha az gəlir gətirir.
Rekelin alicənab bir şövqlə izhar etdiyi bu və digər təsəvvürlər məni çox şeylər
barədə düşünməyə vadar edi. Onlar ali ruhumun bədii sənət meyllərini tamamilə
həyata keçirəcəyim quruluş barədə təsəvvürlərimin yaranmasına səbəb oldu.
224
Belə məqamlar barədə düşünərkən mənə ən yaxın məsələyə - teatra qayıdır-
dım. Bunun üçün yetərincə zahiri və daxili əsas vardı. Son demokratik seçki qanu-
nuna əsasən, Saksoniyada xalq hakimiyyətinin tamamilə yenilənəcəyi gözlənilirdi.
Mühafizəkar deputatların bütün dairələr üzrə seçimi, işlərin bu qayda ilə gedəcəyi
təqdirdə, dövlət təsərrüfatında ciddi dəyişikliklərin olacağını düşünməyə əsas ve-
rirdi. Kral sivil vərəqəsinin sərt təftişini aparmaq qərara alındı: artıq qalan hər
şey saray təsərrüfatından çıxarılmalı idi. Teatrın tamaşaçıların ən aşağı təbəqəsinin
əyləncəsinə hesablanan faydasız bir müəssisə kimi sivil vərəqdən çıxarılmaq və
məhv olmaq təhlükəsi vardı. Şəxsən mən teatra böyük önəm verdiyimdən, cənab
nazirlərə bu məsələnin vacibliyini başa salmağı zəruri hesab etdim. Onlara izah
etmək lazım idi ki, bugünkü vəziyyətində teatr cəmiyyətin heç bir qurbanı-
na dəymir, özbaşına qalıb, dövlətin ideal nəzarəti olmadan o daha da tənəzzül
edəcək və ümumi əxlaq üçün təhlükəli tendensiyalara yoluxacaq. Hakimiyyət