Rixard Vaqner
Mənim həyatım
336
din və məktəblərlə etdiyi kimi, onu da öz himayəsinə götürməlidir. Teatrın
təşkilinin əsaslarını işləyib hazırlamağı zəruri hesab edirdim, bu, onun ən alicənab
vəzifələrini həyata keçirməsini təmin edə bilərdi.
225
Bu vaxt məni qəhrəmanı Fridrix Barbarossa ola biləcək dram barədə fikir
məşğul edirdi. Bu şəxs bütün gücü və əzəməti ilə gözümün qarşısından çəkilmirdi.
Öz ideal təşəbbüslərini həyata keçirmək imkanı olmayan bu adam şüurlu şəkildə
onlardan imtina edir. Bu özünüməhdudlaşdırma qəhrəmanı fəaliyyətə sövq
etməklə yer üzündəki mövcudluğun bütün çətinliyini vurğulamalıdır. Bu dra-
mı xalq şeiri formasında, orta əsrlər alman eposu üslubunda yazmaq istəyirdim.
Nümunə kimi keşiş Lambertin “Aleksandr” poeması gözümün önünə gəlirdi.
Məzmunu bir neçə sətirdə ümumi cizgilərdə qələmə aldım. Dram beş pərdəyə
bölünürdü. Birinci pərdə: Ronkali çöllərində Reyxstaq, hətta təbiətə belə hakim
olan kral hakimiyyətinin nümayişi. İkinci pərdə: Milanın mühasirəsi və alınma-
sı. Üçüncü pərdə: Haynrix Levin xəyanəti və Luqano yaxınlığında məğlubiyyət.
Dördüncü pərdə: Auqsburqda Reyxstaq, Haynrix Levin itaəti və cəzalandırılması.
Beşinci pərdə: Reyxstaq və Maynsda saray, lombardlar dünyası, Papayla barışma,
xaçın qəbulu və şərqə qayıdış. Amma indi bu əsərin yazılmasına maraq söndü:
Nibelunqlar barədə analoji mif və Ziqfrid barədə rəvayət məni tamamilə özünə
cəlb etməklə, onu sıxışdırıb çıxardı. Konsepsiyaların bənzərliyi də məni tarixin
saqalarla qovuşduğu bu sahəyə daxil olmağa vadar etdi və bu mövzuda bəzi
fikirlərimi kağıza köçürdüm: özü də kral kitabxanasında tapdığımmüəllif monoq-
rafiyalarından istifadə edirdim, indi adlarını xatırlamıram. Orada mən Almaniya
kral hakimiyyətinin ideal mahiyyəti ilə bağlı çoxlu qiymətli göstərişlər tapdım.
Beləliklə, yuxarıda adını çəkdiyim dramın yazılmasına hər cür meyli məhv edən
yetərincə əhəmiyyətli araşdırma yaranırdı. Sonradan mən onu “Nibelunqlar” ad-
landırdım.
226
Buradaca materialı yazı şəklinə salmağa başladım. Bütün mürəkkəbliyi ilə
yanaşı, Nibelunqlar, alman tanrıları barədə orta əsrlər mifi bütün əsas cizgiləri
ilə tam aydın şəkildə üzə çıxırdı. Bununla yanaşı, onun əsas hissələrindən biri-
ni müstəqil musiqi dramına çevirmək imkanı yarandı. Amma yavaş-yavaş və
cəsarətsizcəsinə içərimdə bu ideyada dayanmaq qərarı yetişirdi, çünki praktik