Rixard Vaqner
Mənim həyatım
392
və Drezden səfərini təxirə salmaq üçün dilə tutmuşdular. Jessidən söz almışdılar
ki, mənimlə yazışmasın. Ona bir ildən sonra azad olacağını vəd etdiklərindən, ra-
zılaşmışdı. Bu arada əri ilə anası birləşib, məni onun gözündən salmağa çalışırdı-
lar. Onlar özləri də əmin idilər ki, mən qadını qaçırmaq istəmişəm. Xanım Teylor
arvadıma yazılı müraciət etmişdi, o yazırdı ki, guya mən yad bir ailədə “ər-arvad
xəyanəti” yaratmağa cəhd göstərmişəm. O, arvadıma təəssüfləndiyini və bir ana
kimi ona dəstək olmaq istədiyini bildirmişdi. YazıqMinna da dərhal elə düşünmüş-
dü ki, onunla yaşamamaq istəməməyimin əsl səbəbi budur və xanım Teylora göz
yaşı dolu məktub göndərmişdi. Bütün bu əhvalatda hansısa təəccüblü anlaşılmaz-
lıq məqsədli yalanla uyğunluq yaradırdı. Bir dəfə qeyri-ciddi söhbət zamanı Jessi
mənə dedi ki, heç bir dinə inanmır, atası xüsusi sektanın üzvü olduğundan onların
xaç suyunu çəkilməsi katoliklərin və protestantlarınkından fərqlənirdi. Ona daha
qəribə dinlərin təmsilçilərilə üz-üzə gəldiyimi deyib təsəlli verdim. Məsələn, nişa-
nımdan az sonra öyrəndim ki, bizim üzərimizdə ayin Köniqsberqdə, fərqli təriqət
keşişi tərəfindən həyata keçirildi. Jessi bu əhvalatı anasına necə çatdırmışdısa,
nəticədə xanım Teylor mənə bildirdi ki, bizin nikahımızı qeyri-qanunu hesab edir.
Arvadımın Jessiyə yazdığı məktublar odun üstünə yağ tökürdü. Həyat məni başqa
tərəfdən tanıtmaq istəyirdi, elə Jessini mənim dostuma o qəribə məktubu yazmağa
vadar edən də bu olmuşdu. Etiraf edim ki, məni hamıdan çox Minnanın davranı-
şı əsəbləşdirirdi. Losso və Teylor xanımlarının mənim barəmdə nə düşündükləri
vecimə də deyildi. Buna görə də Karlın Sürixə yollanmaq, orada arvadımı ta-
pıb, ona lazımi izahat vermək təklifini məmnuniyyətlə qəbul etdim. Onun geri
qayıtmasını gözləyənədək Listdən məktub aldım. List “Leonqrin” partiturasının
onda yaratdığı nəhəng təəssüratdan söz açır və bildirirdi ki, bu təəssürat onun
mənim və mənim gələcəyimlə bağlı fikirlərini qəti şəkildə dəyişib. Mənim razılı-
ğıma əsasən, o bütün qüvvəsindən istifadə edib, operanı Herderin şərəfinə qarşı-
dan gələn bayram tədbirləri münasibətilə Veymarda qoymağa hazırdır. Təxminən
eyni anda xanım Ritterdən də məktub gəldi. O, baş verən hadisələrin mahiyyətini
gözəl anlayırdı və onları ürəyimə yaxın buraxmamağı xahiş edirdi. Nəhayət, Karl
da Sürixdən qayıtdı. O, arvadımın davranışı ilə bağlı hədsiz səmimiliklə danışır-
dı. Məni Parisdə tapmayanda Minna özünü itirməyib, əksinə, nadir enerji ilə öz
həyatını yenidən qurmağa çalışıb. Mənim arzularıma uyğun olaraq, Sürix gölü-
nün gözdən-könüldən iraq sakit sahilində barəmdə nəsə eşitmək ümidilə mənzil
tutub. Bundan başqa, Karl dostumuz Zultser, onun Minnaya səmimi münasibəti
barədə də xeyli tərifli şeylər danışdı. Qəfildən Karlın ağzından belə bir nida qop-
du: “Ah, hər halda belə adamlarla qarşılaşmaq mümkündür! Amma dəli ingilis
qadını ilə heç nə eləmək mümkün deyil!” Mən bir söz demədim, yalnız təbəssümlə
soruşdum: onu Sürix çəkmir ki? O, yerindən dik atıldı: “Hə, əlbəttə! Özü də nə
qədər tez getsək, bir o qədər yaxşıdır!”. Cavab verdim: “Qoy, sənin istədiyin kimi