391
Rixard Vaqner
Mənim həyatım
qayğıma qalmaq barədə müştərək planları barədə söhbət belə, gedə bilməz. Xa-
nım Ritter bu vəzifənin öhdəsindən təklikdə necə gəlmək və mənim azadlığımı
təmin etmək barədə düşünür. Həftə tamam olan kimi dərin həyəcanla bu qürur
duyulası qadınla vidalaşdıq. O, qızları ilə Drezdenə geri qayıtdı və mən bir daha
onunla qarşılaşmadım.
253
Dünyadan necə gizlənmək barədə düşünürdüm. Nəhayət, kifayət qədər
səhralıq-dağlıq bir yer tapdıq və Karlla ora yollandıq. Bu, Valliy kantonunda uzaq
Visper vadisi idi. Azkeçilən yollarla çətinliklə Sermatadək qalxdıq. Orada, nəhəng
və qeyri-adi dərəcədə gözəl Matterqornun ətəyində biz özümüzü bütün dünyadan
təcrid olunmuş hiss edə bilərdik. Bu səhrada mən necəsə şərait qurmaq istəyirdim,
amma tezliklə gördüm ki, Karl bizim yeni həyat şəraitimizdə özünü yaxşı hiss
eləmir. Artıq ikinci gün o etiraf elədi ki, bura onun yeri deyil, İşveçrənin böyük
göllərindən birinin sahilində daha asan olardı. Biz İsveçrənin xəritəsəni araşdır-
dıq və ilk təcrübə üçün Tun gölünün üzərində dayandıq. Təəssüf ki, mən yenə
qüvvəmin bitdiyini hiss edirdim. Əsəblərimo qədər zəifləmişdi ki, ən kiçik cismani
gərginlik zamanı qan-tərə batırdım. Bu vadidən çıxarkən, üzərimdə gərginlik hiss
edirdim. Biz Tunadək getdik və bir az gümrahlaşıb, elə yolun üstündəcə iki kiçik,
balaca, sadə, amma şən otaq tutduq – burada qalmaq üçün cəhd eləməyə qərar ver-
dik. Gənc dostumun ürkəkliyinə və az danışmasına rəğmən, bizim söhbətlətimiz
çox xoş idi. Onun yeni vərdişinə əsasən, yatmamışdan əvvəl çarpayımda rahat
oturub, Ostzey əyalətlərinin xoş, təmiz ləhcəsində öz təəssüratlarını bölüşməsi
mənə xüsusən yaxşı təsir göstərirdi. Mən bu günlər “Odissey”i oxumaqdan zövq
alırdım, uzaq yeniyetməlik illərindən sonra bu kitab ilk dəfə idi ki, əlimə düşür-
dü. Homerin daim Vətən həsrəti çəkən, səyahət edən, bütün mümkün əngəlləri
gümrahlıqla aşan bu qəhrəmanı mənim könlümə çox yaxın idi. Amma qəfildən
Karlın xanım Lossodan aldığı məktub mənim dünyamı alt-üst etdi. Karl onu mənə
göstərməyə ürək eləmirdi. Çünki Jessinin dəli olduğunu düşünürdü. Amma mən
məktubu ondan zorla aldım və oxumağa başladım. Gənc qadın mənim dostuma
bildirməyi özünə borc bilirdi ki, artıq məni tamamilə çözüb və mənimlə hər cür
münasibəti qəti bitirmək niyyətindədir. Sonradan xanım Rittlerin köməyilə mən
bəzi şeyləri öyrəndim. Mənim Bordoya gəlməyimlə bağlı məktubu alan Losso
xanım Teylorla məsləhətləşərək, qəfildən ailəsini götürüb, kəndə köçmüşdü. O
mənim Bordonu tərk edəcəyimi gözləyirdi. Polisə də bunu tezləşdirmək xahişi ilə
müraciət etmişdi. Hadisələrin mahiyyətini Jessidən gizləyirdilər. Onun nə mənim
məktubumdan, nə Bordoya gəlişimdən xəbəri vardı, onu bir il sakitcə gözləmək