Rixard Vaqner
Mənim həyatım
390
Lossoların Bordonu birdəfəlik tərk edib-etmədiklərini müəyyən edə bilmədim.
Buna görə də onların evlərinə baxmağı qərara aldım. Ora gələrkən, əlimi dəstəyə
uzatdım və qapı açıldı. Ev tamam boş idi və mən birinci mərtəbənin bütün otaqla-
rından maneəsiz keçib Jessinin otağına keçdim. Orada qadının iş səbətini tapdım
və məktubu ora qoydum və sakitcə evdən çıxdım, heç kəs məni görmədi. Keçən
iki gün müddətində məni heç kəs narahat etmədi və mən Cenevrəyə geri qayı-
dım. May idi, qəşəng hava vardı. Mən dilicansın sahilindən keçdiyi Dordoninin
bu qədər mehriban adı olan möcüzəvi çayın - şəffaf suyundan zövq alırdım.
Yol yoldaşlarım – keşiş və zabitlə söhbətlərimdən məmnun idim: hər ikisi Fran-
sa respublikasına son qoymağın zərurətindən qətiyyətlə danışırdılar, özü də ke-
şiş hərbçidən daha çox mülayimlik və liberallıq nümayiş etdirirdi. Hərbçinin isə
bir nəqarəti vardı:
Il faut en finir”.
Yolda mən fürsətdən istifadə edib Lionla tanış
oldum, şəhərin küçələri ilə gəzərkən, Lamartinin “Jirondistlərin tarixi” əsərində
çox canlı əks olunan səhnəni təxəyyülümdə canlandırmağa çalışdım. Nəhayət,
Cenevrəyə, daha sonra “Bayron” mehmanxanasına qayıtdım. Orada Ritter məni
öz ailəsindən gələn sevinc dolu xəbərlərlə qarşıladı. Anası mənim səhhətimlə bağlı
onu sakitləşdirmişdi, izah etmişdi ki, ölüm barədə qaranlıq fikirlər əsəbləri kor-
lanmış şəxslərdə müşahidə olunur və mənim üçün heç bir ciddi təhlükə yoxdur.
Bundan başqa, Karlın anası bildirirdi ki, yaxın zamanlarda qızı Emiliya ilə birgə
Villnevdə bizi ziyarət etməyə hazırlaşır. Bu xəbərlər məndə ruh yüksəkliyi yarat-
dı. Sanki, bu ailəni mənə göydən və gündəlikdə olan – mənim bu qədər can at-
dığım – yeni həyatıma dəstək olmaq məqsədilə göndərmişdilər. Əslində, hər iki
qadın bir neçə gün sonra mayın 22-ni, mənim doğum günümün 37-ci ildönümünü
qeyd etmək üçün yanıma gəldilər. Frau Yuliya məndə daha güclü təəssürat oyatdı.
Drezdendə mən onu cəmi bir dəfə görmüşdüm, Karl qızın adından xahiş etmişdi
ki, onun ifasında kvarteti dinləyim. Bu ailənin bütün üzvlərininmənə ehtiramla ya-
naşması məni sözün yaxşı mənasında heyrətləndirirdi. Ana mənimlə az danışırdı,
amma mən gedəndə o, doluxsunmuş halda ziyarət üçün təşəkkür elədi. O zaman
bu məni təəccübləndirmişdi, indi o göz yaşlarının səbəbləri barədə soruşanda isə
qadın izah etdi ki, oğluna göstərilən diqqətdən mütəəssür olub. Qadınlar bir həftə
yanımızda qaldılar. Biz əylənməyə çalışdıq, gözəl Valliya vadisinə gəzintiyə çıx-
dıq. Amma xanım Ritter son vaxtlar mənim başıma gələn və gələ biləcək hadisələr
barədə yalnız indi müfəssəl eşidirdi və bu onu dərindən narahat edirdi. Sonra-
dan mən öyrəndim ki, bu xəstə, əsəbi qadın səyahət etmək üçün bütün qüvvəsini
səfərbər etməli olub və yalnız mən inadla İsveçrəyə köçməyi və birgə yaşamağı
təklif edəndə o, izah elədi ki, onun indiki, istisna məqsədlərlə başladılmış səfəri ilə
onun fiziki qüvvəsi barədə fikir yürütmək doğru olmaz: əslində, o, xəstə adamdır.
Ayrılarkən oğlunu mənim himayəmə verdi və bizim hər ikimizə lazım olan vəsait
qoydu. O bildirdi ki, maddi imkanları məhduddur, belə ki, Losso ailəsi ilə mənim