389
Rixard Vaqner
Mənim həyatım
heç cür anlamadığımı da qeyd etdim: necə ola bilər ki, səni görmək istəməyən qa-
dını zorla öz yanında saxlayasan? Sonda bildirirdim ki, məktub ona çatan zaman
mən də Bordoda olacağam və dərhal məni hansı mehmanxanada tapa biləcəyi
ilə bağlı ona məlumat verəcəyəm. Əlavə etdim ki, arvadı mənim bu addımımdan
xəbərsizdir, ona görə də o öz hərəkətlərində sərbəstdir. Onu da gizləmədim ki, bu
səyahət mənə baha başa gəlir, çünki mənim pasportuma Fransa səfirliyində viza
möhürü vurdurmaq üçün vaxtım yoxdur. Eyni zamanda xanım Lossoya da qısa
məktub yazdım, ondan sakitləşməsini və özünü ələ almasını xahiş etdim. Qəbul
etdiyim qərara əsasən, Fransaya gəldiyim barədə ona bir kəlmə də bildirmədim
(
sonradan Listə bu əhvalatı danışanda o dedi ki, xanım
Lossonu məlumatlandırmamaqla
axmaq iş
tutmuşam
).
Həmin gün Karlla vidalaşdım ki, səhərisi Cenevrəyə, oradan
da Fransaya yola düşüm. O zaman üçün bu asan səyahət deyildi. Cenevrədə özü-
mü o qədər pis hiss edirdim ki, yaxın ölüm barədə fikirlərdən qurtula bilmirdim.
Belə bir ovqatda xanım Ritterə, Drezdenə məktub yazdım və orada başıma gələn
bu yöndəmsiz əhvalatdan da söz açdım. Fransa sərhəddində pasportumla bağlı
xoşagəlməzliklər başladı. Məndən inadla səfərimin məqsədi barədə soruşdular
və hakimiyyət istisna hal kimi mənə Fransaya daxil olmağa icazə verdi, çünki
mən inadla və ciddi-cəhdlə orada vacib ailə işimin olduğunu bildirirdim. Lion-
dan Overni ilə aşağı dilicansla düşdüm. Səyahət üç gün və iki gecə davam elədi.
Bordoda yanğın baş vermişdi və səhər mən təpədən bu yanğını öz gözlərimlə gör-
düm. “Dörd bacı” mehmanxanasında dayandım və cənab Lossoya öz ünvanım əks
olunan məktub göndərdim, onu da qeyd etmişdim ki, o gələnədək heç yana çıxma-
yacağam. Məktubu göndərəndə səhər saat doqquz idi. Əbəs yerə cavab gözlədim,
amma əvəzində nahardan sonra məni dəhal polis idarəsinə dəvət etdilər. Orada
məndən pasportumun qaydasında olub-olmadığını soruşdular. Mən çətinlikərimi
açıq etiraf etdim, qeyd etdim ki, yalnız ciddi ailə işləri məni bura səyahət etməyə
vadar edib. Mənə cavab verdilər ki, məhz bu ailə işləri üzündən mənim bun-
dan sonra Bordoda qalmağım qadağandır. Mən izahat istədim və məlum oldu
ki, məsələdə maraqlı olan ailə də qəti şəkildə eyni şeyi istəyir. Bunu anlamağım
ovqatımı yüksəltdi. Mən polis
komissarına bildirdim ki, yorucu səyahətdən son-
ra dincəlməyə ehtiyacım var və bu səbəbdən iki gün burada qalmaq üçün icazə
istədim. Polis məmnuniyyətlə razılaşdı, çünki mənim ölkədən çıxarılmağımda ma-
raqlı olan ailə səhər tezdən Bordonu tərk edib və bizim görüşmək təhlükəmiz yox-
dur. Bu iki günü mən tamamilə istirahətə sərf etdim, yalnız Jessiyə vəziyyəti izah
edən məktub yazdım, orada baş verən hər şeyi geniş təsvir elədim və sonda bildir-
dim ki, donosa əl atan və öz arvadının şərəfini polisin əlinə verən ərinin davranışı-
nı biabırçılıq hesab edirəm. Bundan başqa əlavə etdim ki, bu biarbırçı vəziyyətdən
qurtuluncayadək onunla hər hansı münasibətdən imtina edirəm. Yalnız məktubu
təyinatı üzrə göndərmək qalırdı. Polis komissarından aldığım məlumatlardan