Rixard Vaqner
Mənim həyatım
388
ğırdım və xahiş etdim ki, ona müraciət edən arvadıma heç nə deməsin: guya o,
yalnız mənim Parisi tərk etdiyimi bilir. Minnaya mənim qədər səmimi yanaşan
yazıq dostum çox kədərləndi. Özünün həddən artıq naqolay vəziyyətdə olduğunu
anlayan Kitts mənə dedi ki, “özünü ətrafında dünyanın bütün dərdlərinin fırlan-
dığı ox” kimi hiss edir. Amma o, mənim qərarımın bütün əhəmiyətini, ağırlığını
hiss edirdi və tapşırılan çətin vəzifənin öhdəsindən ağıl və mülayimliklə gəldi.
Elə həmin gecə mən Parisi tərk etdim və dəmiryolu ilə Klermon-Tonnerə getdim.
Bir müddət orada qalıb, Cenevrəyə getmək və xanım Ritterdən xəbər gözləmək
istəyirdim. O qədər yorğun idim ki, hətta bunun üçün vəsaitim olsaydı belə, hər
hansı əhəmiyyətli səyahət barədə arzu belə edə bilməzdim. Vaxt qazanmaq üçün
mən Villnevdə Cenevrə gölünün o biri sahilinə keçdim, orada qışın bu vaxtları
boş olan “Bayron” mehmanxanasında asanlıqla otaq tapdım. Burada öyrəndim
ki, Karl Ritter əvvəlcədən də bildirdiyi kimi, Sürixə mənim yanıma qonaq gəlib.
Ciddi sirr şərtilə onu yanıma – Cenevrə gölünə tərəf çağırdım, mayın ortalarında
elə burada – “Bayron” mehmanxanasında görüşdük. Onun qeyd-şərtsiz sadiq-
liyi mənim xoşuma gəlirdi. Ritterin mənim vəziyyətimi, qəbul etdiyim qərarları
asanlıqla, əlavə söhbət olmadan qısa müddətdəcə anlamasını, onun özünə qarşı
atdığım addımı təqdir etməsini yüksək qiymətləndirirdim. O mənim son ədəbi
əsərlərimə heyran idi, onların yaxın tanışlarında oyatdığı dərin təəssüratdan danı-
şır, bununla da sakitlikdəki azsaylı günlərdən istifadə edib, “Ziqfridin ölümü”nü
çapa hazırlamağa vadar etdi məni. Mən qısa müqəddimə yazdım, orada dostları-
ma izah elədim ki, bu əsər mənim hələ özümü sırf bədii işlərlə, dəqiq desək, mu-
siqi kompozisiyaları ilə məşğul olmağa məsul bildiyim mərhələnin yadigarıdır.
Əlyazmanı Leypsiqə, Viqanda göndərdim və o, tezliklə əsəri mənə geri qaytardı.
Eyni zamanda, Viqand bildirirdi ki, əgər əsər mənim istədiyim kimi, latın qrafika-
sı ilə nəşr olunarsa, onun bir nüsxəsi belə, satılmayacaq. Sonradan öyrəndim ki,
Gələcəyin incəsənəti”ndən mənə borclu olduğu on luidoru verməkdən imtina
edib, ondan bu pulu arvadıma ödəməsini xahiş etmişdim.
252
Maddi baxımdan vəziyyətim çox kədərli idi – təcili nə iləsə məşğul olmaq la-
zım idi. Amma bu mümkünsüz idi: Karlın gəlişindən bir neçə gün sonra real həyat
yenidən məni ən gözlənilməz və əziyyətli şəkildə sıxmağa başladı. Xanım Losso
mənə həddən artıq həyəcanlı məktub yazmışdı, yazırdı ki, anasına öz niyyətini
açıb. Anası da düşünüb ki, bu, mənim başladığım intriqadır və hər şeyi qızının
ərinə danışıb. Əri də məni harada olsam, axtarıb tapacağına və öldürəcəyinə and
içib. Rəqibimlə vəziyyəti aydınlaşdırmaq üçün Bordoya getməyi qərara aldım. Mən
ona hər şeyi həqiqi şəkildə əks etdirən ətraflı məktub yazdım və özü də bir məqamı