387
Rixard Vaqner
Mənim həyatım
şey deyil. O, gənc qadındır və nisbətən yaxşı durumdadır. Özü də məndən başqa
heç kəs onun əsl motivlərini anlamayacaq. O, öz davranışının ekssentrikliyilə bağlı
məni sakitləşdirdi və izah elədi ki, öz planını əxlaq qaydaları çərçivəsində həyata
keçirəcək, hər şeydən əvvəl o, Drezdenə, dostluq elədiyi Ritter ailəsinə pənah
aparacaq. Bütün bunlar məni o dərəcədə həyəcanlandırdı ki, mən dərhal təkliyə,
heç olmasa, Paris yaxınlığında tənhalığa çəkilmək istədim. Aprelin ortalarında
haqqında çox tərifli sözlər eşitdiyim Monmoransiyə yola düşdüm. Orda özümə
sadə sığınacaq tapmağa qərar verdim. Kiçik şəhərin ətrafındakı qış mənzərəsi
arasından keçib, nəhayət ki, adətən yalnız bazar günləri ziyarət olunan bir şərab
ticarətçisinin bağçasına daxil oldum. Özümə yemək üçün çörək, pendir və bir şüşə
şərab gətirmələrini istədim. Ətrafıma sözün əsl mənasında bir hin toyuq toplaşdı
və mən onlara çörək verdim. Xüsusən fədakar təmkinliliyi ilə seçilən xoruz məni
mütəəssir etdi: məhz onun üçün atdığım çörək parçalarını da toyuqlara verirdi.
Tədricən, toyuqlar daha da cəsarətləndilər və masanın üzərinə çıxıb, mənim sadə
səhər yeməyimə hücuma keçdilər. Xoruz da masanın üstündə idi, nizam-intizamın
tamamən pozulduğunu görüb, bayaqdan özündə dəf etdiyi acgözlüklə pendirimi
dimdikləməyə başladı. Tezliklə bu qaqqıldayan xaos məni masadan sıxışdırdı. Bu,
məni əyləndirirdi və uzun müddətdən bəri ilk dəfə idi ki, ürəkdən gülürdüm. Bu-
radaca mən evin giriş lövhəsində Homo adının yazıldığını gördüm. Düşündüm ki,
bu, taleyin işarəsidir: mən burada özümə otaq tapmalıyam. Kiçik və ensiz bir otaq
tapıldı və mən dərhal orada yerləşdim. Çarpayıdan başqa otaqda boyasız masa və
iki hörmə kətil vardı. Onlardan birini mən əlüzyuyana çevirdim, masaya kitabla-
rımı, yazı avadanlığımı və “Loenqrin”in partiturasını düzdüm. Bu həddən artıq
acınacaqlı vəziyyətdə, nəhayət ki, sinədolusu nəfəs ala bilərdim. Hava pis idi, hələ
yaşıllaşmamış, çılpaq çöllərdə gəzmək çətin idi. Amma mən tamamilə tənha idim,
özünü tamamən unudulmuş hiss edirdim və son zamanlar məni bu qədər naharat
edən və ağrıdan hər şeyi unuda bilərdim. İncəsənətə köhnə meyl yenidən baş qal-
dırdı. Mən “Loenqrin”in partiturasını vərəqləməyə başladım və tezliklə onu Listə
göndərməyi, Veymarda necəsə bu operanı səhnələşdirməyi təklif etməyi qərara
aldım. Partituradan azad olan kimi özümü quş kimi azad, Diogen kimi qayğısız
hiss etdim. Belə bir ovqatda kənd həyatının sevincini bölüşmək üçün Kittsi yanıma
dəvət etdim.O, bir zamanlarMedonagəldiyi kimi, buradagəlib çıxdı, ammamənim
şəraitimi ötən dəfəkindən daha yoxsul hesab etdi. Məmnuniyyətlə mənimlə naha-
rı bölüşdü, löhvələrdən hazırladığımız kürsüdə gecələdi və Parisə geri qayıdarkən
mənimlə dünya arasındakı qırılmış bağları bərpa edəcəyinə söz verdi. Amma
qəfildən arvadımın məni Parisdə axtardığı xəbərindən narahat oldum. Hər hansı
qərara gəlməmişdən əvvəl düz bir saat əziyyət çəkdim. Qərara gəldim ki, sonuncu
məktubumun tələskənlik və ya vida tutması kimi qəbul etməsinə əsas verməyim.
Dərhal Monmoransidən Parisə yollandım, Kittsi öz yanıma – mehmanxanaya ça-