Rixard Vaqner
Mənim həyatım
386
Lütihauya göndərdim. Bunu aşağıdakı mülahizələrə əsasən etdim. Xanım Lüti-
hau mənim tapşırığımı həyata keçirə biləcək yeganə şəxs idi. Bundan başqa, dü-
şünürdüm ki, baxışlarımızdakı fərqlərə rəğmən, o, mənim istəyimə alicənablıq və
sərbəstliklə yanaşacaq. Sonradan mənə danışırdılar ki,  məktub Lüttihauya çatan-
da qadın onu sobaya atıb. Ağrılı sarsıntı mənim içimdə böyüyən keçmişlə bütün
bağları qırmaq, sənətdən, həyatdan getmək, hansı məhrumiyyətlər hesabına olur-
sa-olsun, bütün dünyadan təcrid olunmaq arzusunu bir az da möhkəmləndirirdi.
Yeni dostlarımın mənə təklif etdikləri kiçik gəlirin yarısını arvadıma verməyi
qərara aldım, özüm isə Yunanıstan və ya Kiçik Asiyaya sığınmaq, nə ilə olur-ol-
sun başımı qatmaq barədə düşünürdüm, yetər ki, heç nəyi xatırlamayım və məni
birdəfəlik unutsunlar. Yeganə dostum Jessini planlarımdan xəbərdar etdim, xahiş
elədim ki, mənim himayədarlarımı təklif olunan gəlirdən necə yararlanacağımla
bağlı məlumatlandırsın. O, bütün bunlara sevindi. Mənim öz həyatımdan narazı-
lığım onu da eyni istiqamətdə düşünməyə vadar edirdi. Bunu onun işarələrindən
və tələsik qeydlərindən anladım. Aprelin son günlərində özümə bunların nə
ilə nəticələnəcəyi barədə heç bir hesabat vermədən, həyəcanlı bir şəkildə Bor-
dodan ayrıldım. Yolumu itirmişdim, nə edəcəyimi bilmədən Parisə qayıtdım.
251
Xəstə, narahat, daimi yuxusuzluqdan yorğun halda səkkiz gün “Valua”
mehmanxanasında qaldım, düşdüyüm qeyri-adi dərəcədə qəribə vəziyyətimdən
baş açmağa çalışırdım. Dostlarımın mənə zorla sırıdıqları planları həyata keçirmək
istəsəydim belə, heç nəyə nail ola bilməyəcəkdim. Başqalarının mənə yersiz
müdaxilələrindən, mənim qüvvələrimi nifrət etdiyim istiqamətə xərcləməyə ça-
lışmalarından doğan narazılıq  qəlbimdə kəskin etiraza çevrildi. Arvadıma cavab
yazmaq lazım idi. Xeyirxahlıq dolu geniş açıq məktubumda  birgə həyatımızı
müzakirə edərək, bildirdim ki, onu mənim gələcək taleyimdə iştirakdən azad
etmək kimi qəti qərara gəlmişəm, çünki özümü onun istəklərinə və görüşlərinə
tabe olmağa hazır hesab etmirəm. İndi və gələcəkdə qazandıqlarımın hamısını
onunla bölüşməyə hazıram. Bizim İsveçrədəki ilk görüşümüzdə onun haqqında
danışdığı, məni hədələdiyi məqam yetişib: o, dərhal məndən ayrılmaq hədəsini
gerçəkləşdirə bilər. Mən onunla birdəfəlik ayrılırdım.  Dərhal bu barədə Bordoya,
Jessiyə yazdım.  Dünyadan tam silinməklə - mən bunu belə adlandırırdım - bağ-
lı hər hansı addım atmaq üçün vəsait yox idi. Jessi bildirdi ki, eyni şeyi etməyə
qərar verib və tam azadlıq əldə edən kimi mənim himayəmə tapınmağa hazır-
dır. Mən ona izah etməyə çalışdım ki, vəziyyətin mənim kimi adamı ümidsiz
vəziyyətdə qoyması, mənim naməlumluğa atılmağımla onun vəziyyəti  ilə eyni