385
Rixard Vaqner
Mənim həyatım
çəkmişdi. Atası barədə xeyli yaxşı rəy eşitmişdim. O, qızına böyük və müxtəlif
çeşidli kitabxana qoymuşdu, bu, həmin adamın qeyri-adi meyllərindən xəbər ve-
rirdi. Vəkillik fəaliyyətilə məşğul olan bu adam ədəbiyyat və elmə böyük diqqət
ayırırdı. Onun sayəsində Jessi hələ uşaqlıqdan alman dilini yaxşı mənimsəmişdi
və bu dildə sürətlə danışırdı. O, Qrimmin sehrli nağılları ilə tərbiyə olunmuşdu və
sonradan alman poeziyası ilə tanış olmuşdu. İngilis dilini necə mükəmməl bilməsi
də adamı valeh edirdi. Bundan başqa, o, öz mürəkkəb inkişafının tələblərinə uy-
ğun olaraq, fransız dilini də bilirdi, amma o bu dili sevmirdi. Onun qeyri-adi
qabiliyyətləri vardı: o, toxunduğu istənilən əşyanın mahiyyətini dəqiq və sürətlə
anlayırdı. Musiqi ilə də belə oldu. O, notları asanlıqla oxuyurdu və cəld ifa edir-
di, mənim təəccübümə rəğmən, Jessi Bethovenin mürəkkəb “B-dur”sonatasını
bütünlükdə ifa edə bilirdi, halbuki, Drezdendə  bunun öhdəsindən gələn pianoçu
tapa bilmirdim. Bütün bunlar çox xoş idi, amma bir dəfə o oxudu və mən böyük
məyusluğa uğradım. Məlum oldu ki, onun kəskin, güclü falseti var. Böyük həvəslə
oxuyurdu, amma ortaya ürək qoymurdu. Bununla Jessi məni o qədər qorxutdu ki,
özümü saxlaya bilməyib, gələcəkdə bir daha oxumamasını xahiş etdim. Sonatala-
rın ifası zamanı o, ifadənin dəqiqliyi ilə bağlı təlimatlarıma həvəslə qulaq asırdı,
amma hiss edirdim ki, sözlərimin ruhunu duya bilmir. Onu son ədəbi yazılarım-
la  tanış etdim və o, ən cəsarətli ideyalarımı da asanlıqla tuta bilirdi. “Ziqfridin
ölümü”nü o, çox bəyənmişdi,  amma “Dəmirçi Viland”ı daha çox sevirdi. Sonra-
dan o mənə etiraf etdi ki, Vilandın fədakar nişanlısının taleyi ona Ziqfridin Qut-
runaya münasibətindən daha yaxındır. Tezliklə məlum oldu ki, ərtafdakılar bizim
məşğələlərimizə və söhbətlərimizə əngəl törədirlər. Biz ikimiz də yaxşı başa dü-
şürdük ki, xanım Teylor mənə göstərilən yardımın mahiyyətini heç vaxt anlamayıb
və bu bizi narahat edirdi. Xüsusilə, gənc Losso cütlüyü arasında anlaşmanın olma-
ması məni narahat edirdi. Görünür, ər arvadının artıq çoxdan onu sevmədiyini
anlayırdı. Bir dəfə o, özünü itirdi və ağrı ilə bildirdi ki, arvadı ondan doğulan
uşağı da sevməyəcəkdi və elə bu səbəbdən, yaxşı ki, o, ana ola bilməyib. Adətən
belə hallarda olduğu kimi, bu, zahirən xoşbəxt görünən cütlük idi, amma əslində,
ərlə-arvad arasında uçurum vardı. Artıq üç həftə keçirdi, mənim Bordoya səfərim
sona çatırdı, elə bu vaxt avradımdan onsuz da yaxşı olmayan əhvalımı lap korla-
yan məktub aldım. O, mənim yeni dostlarıma etiraz etmirdi, amma bildirirdi ki,
əgər mən dərhal Parisə qayıdıb, uvertüramın səhnələşdirilməsinə nail olmasam,
o məni anlamaqdan imtina edəcək. Əgər mən heç nə əldə etmədən Sürixə geri
dönsəm, o məndən əlini üzəcək. Eyni zamanda Rekel, Bakunin və Heybnerin ölüm
cəzasına məhkum olunmaları ilə bağlı qəzetdən aldığım xəbər məni sarsıtdı və
həyəcanlandırdı. Hökm tezliklə icra olunmalı idi. Rekelə və Bakuninə  qısa, amma
enerji dolu vida məktubu yazdım. Məktubun Keniqşteyn qalasındakı məhbuslara
birbaşa çatacağından əmin deyildim, ona görə də çatdırılması üçün onu xanım