Rixard Vaqner
Mənim həyatım
384
250
Bəs, bundan sonra nə etməli? Parisdə ilk dəfə olarkən ehtiyacın təzyiqi al-
tında mən Cənubi Amerika ölkələrindən birinə qaçmağı arzulayırdım. İndi, Uzaq
Şərq barədə düşünürdüm, orada insan ləyaqətini saxlamaq və dünya ilə əlaqələri
kəsmək, ömrümün son günlərini naməlumluqda keçirmək olardı. Mən xanım Los-
sodan məkub alanda belə bir ovqatda idim, o da məkubda elə mənim əhvalımı
xəbər alırdı. Cavabım onu çevikliklə məni Bordoya, onun evində istirahətə dəvət
göndərməyə vadar etdi, orada bütün uğursuzluqları unudacaqdım. Cənuba, yeni
yerlərə, tanımadığım, amma mənə ciddi yanaşan adamların yanına səfər cəlbedici
idi. Mən ev sahibi ilə hesablaşdım, dilicansla Orleandan, Turdan, Anqulemdən
keçib, Jironde ilə aşağıya doğru yollandım. Orada gənc şərab ticarətçisi Yevgeni
Losso və xanımı məni fəxrlə, böyük səmimiyyətlə qarşıladılar.
Bu ailə ilə yaxından tanışlıq məndən uzaq olan bu adamların taleyimə nə
üçün bu cür maraq göstərdiyinin səbəblərini açdı. Jessi – Yevgeninin arvadını
ailədə belə çağırırdılar – Drezdendə kifayət qədər uzun müddət yaşamışdı, Ritter
ailəsi ilə də orada dostlaşmışdı. Mənim əsərlərimə, taleyimə maraq göstərən bu
ailənin təsiri altında onun mənə münasibəti formalaşmışdı. Mənim onlara inan-
mamaq üçün heç bir əsasım yox idi. Drezdendən qaçmağa məcbur olanda du-
rumumla bağlı xəbərlər Ritterlərə də çatmışdı, Drezden və Bordo arasında mənə
necə kömək etməklə bağlı məsləhətləşmələr gedirdi. Jessi bu işdə təşəbbüsü Yu-
liya Ritterə verdi: amma planını reallaşdırmaq üçün Yuliyanın vəsaiti yox idi və
o, kifayət qədər imkanlı qadın olan Jessinin anası, ingilis vəkilinin dul qadını ilə
danışıqlara başladı. Gənc cütlük Bordoda idi və onlar bu maddi rifahları üçün
Jessinin anasına minnətdar olmalı idilər. Qadınlar razılığa gəldilər və mən Bor-
doya gələndə məlum oldu ki, hər iki ailə mənə vəziyyətim düzəlincəyədək illik
üç min frank subsidiya ayırmağı qərara alıb. Mən himayədarlarıma öz işlərimin
durumu və planlarım barədə məlumat verməli idim. Amma mənim Parisdə və ya
bir başqa yerdə opera bəstəkarı qismində uğur qazanacağıma ümid etmək lazım
gəlmir və mən özüm də nə qərar qəbul edəcəyimi bilmirəm. İstənilən halda, mən
özümü biabırçılıqdan qorumağı, ləyaqətimə ləkə vura biləcək yollarla uğur qazan-
maqdan imtina etməyi qərara aldım. Məni başa düşən təkcə Jessi deyildi, ailənin
digər üzvləri də mənə rəğbətlə yanaşırdılar, amma mən tezliklə müşahidə elədim
ki, məni və gənc qadını ərindən və anasından nə boyda uçurum ayırır. Onun əri
yaraşıqlı və cavan idi, onun həmişə işləri olurdu, Jessinin anası ağır eşidirdi və bi-
zim söhbətlərimizdə yaxından iştirak edə bilmirdi. Beləliklə, qısa zamanda bizim
aramızda dostluq, dünyagörüş yaxınlığı, etibarlı münasibətlər  yarandı. O zaman
Jessinin iyirmi iki yaşı vardı, anasına heç bənzəmirdi, görünür, mərhum atasına