Rixard Vaqner
Mənim həyatım
396
1
Minna Sürix yaxınlığında, həqiqətən də mənim mənzil tutmaq üçün inadlı
tələblərimə uyğun ev tapmağı bacarmışdı. Sürixdən dörd saatlıq məsafədə olan
Enge
icmasında, gölün düz kənarında qədim bürger evi vardı, onu “Axşam uldu-
zu” adlandırırdılar. Ev qəşəng, yaşlı qadına, frau Girtselə məxsus idi. Arvadım
yuxarı mərtəbəni ucuz qiymətə kirayələmişdi, bu mərtəbə evin qalan hissəsindən
tamamilə fərqlənirdi, burada minimal həyat üçün bütün rahatlıqlar vardı. Mən
səhər erkəndən ora çatdım, Minna hələ yataqdan qalxmamışdı. Anlayırdım ki,
o, mənim mərhəmət hissi üzündən geri dönə biləcəyimi düşünüb narahat olur.
Onu bunun əksinə inandırmağa çalışdım. Minnanı o qədər sakitləşdirdim ki, o,
bir daha baş verənləri xatırlatmayacağına söz verdi. Yeri gəlmişkən, o, təbiətinə
uyğun olaraq, özünün mahir idarəetmə bacarığını mənə nümayiş etdirirdi. Bizim
maddi vəziyyətimiz son illər tədricən yaxşılaşdığından, bəzən mübarizə aparmalı
olduğumuz ağır çətinliklərə rəğmən, evimizdə rahatlıq mühiti hələ də saxlanırdı.
Amma mən öz içərimdə vərdiş etdiyim şəraitlə hər cür əlaqəni kəsmək arzusuna
qalib gələ bilmirdim və bu arzu bəzən həddən artıq güclənirdi.
Hər şeydən əvvəl, itim və tutuquşum – Peps və Pappo bizimməişətimizə xoş
canlılıq gətirirdi. Hər ikisi məni o qədər çox sevdilər ki, onlar olmayanda özümü
pis hiss edirdim. Pepsi həmişə işlədiyim kresloya götürürdüm, o mənim arxam-
da otururdu, uzun müddət qonaq otağına girməyəndə və inadlı “Rixard” çağırış-