397
Rixard Vaqner
Mənim həyatım
larını qulaqardına vuranda Pappo adətən kabinetimə, yazı masama doğru uçur,
lələklər və kağızlarla sərbəst rəftar edirdi. Onu elə yaxşı əhliləşdirmişdilər ki, bu
tutuquşu, bir dəfə də olsun, eybəcər səslər çıxarmırdı, həmişə ya danışır, ya da
oxuyurdu. Pilləkənlərdən ayaq səslərimi eşidib, məni qarşılayırdı, “C-moll” sim-
foniyasının sonundakı marşabənzər hissəni, F-dur Səkkizinci simfoniyanın girişini
və ya “Riensi”dən uvertüranın təntənəli motivini civildəyirdi o. Peps
isə qeyri-adi
əsəbiliyi ilə fərqlənirdi, buna görə də dostlarım onu “Dəli Peps” adlandırırdılar.
Bəzən ona xoş söz deyən kimi Peps ulayır, ya da içini çəkirdi. Onlar bizim üçün
övladı əvəz edirdilər, arvadım da onlara az qala ana məhəbbəti ilə bağlanmışdı,
bu məni sevindirirdi və bu, bizim üçün qarşılıqlı rəğbət mənbəyi idi. Əvəzində
Minnanın yazıq Nataliyə münasibəti daim bizim mübahisəmizə səbəb olurdu.
Ölənədək Minna qıza anası olduğunu etiraf etmədi, görünür, hansısa anlaşılmaz
utancaqlıq hissi buna imkan vermirdi. O, həmişə özünü Minnanın bacısı hesab
edirdi və anlamırdı ki, niyə onunla eyni cür davranmırlar. Analıq nüfuzunu öz
üzərinə alan Minna daim fərasətsizliyi üzündən Nataliyə hirslənirdi. Düzdür, xa-
rakterin formalaşdığı yaşda onu özbaşına qoymuşdular və tamamilə unutmuş-
dular. Nəticədə o, əqli və fiziki inkişafdan çox geri qalmışdı. Balaca boyu, dolu
bədəni vardı, key və küt idi. Minnanın əsəbiliyi, onunla sərt davranması, onu
daim aşağılaması mahiyyətcə xeyirxah olan bu qızı höcət, acıqlı etmişdi, belə ki,
yalançı bacıların davaları evdə sakitliyi ən xoşagəlməz şəkildə pozurdu. Yalnız
ətrafa göstərdiyim tam biganəlik sayəsində mən bu xoşagəlməzliklərə səbrlə dözə
bilirdim.
2
İlk vaxtlar bizim evdəki kiçik dərnəyimiz gənc dostum Karlın bizə köçməsi
ilə xeyli canlandı: o, bizdən yuxarıda, damın altındakı kiçik otaqda qalırdı, bir
yerdə yemək yeyir, birgə gəzirdik. Bir müddət o bunlardan çox razı görünür-
dü. Amma tezliklə onun davranışında narahatlıq sezməyə başladım. Minna ilə
mənim gündəlik həyatımızın ayrılmaz hissəsini təşkil edən bəzi kəskin səhnələr
onun əhvalına təsir edirdi və bizim münasibətlərimizdəki – bu münasibətlər onun
təşəbbüsü ilə, onun xeyirxahlığı ilə bu qədər güzəştlərlə bərpa olunmuşdu – kiçik
əsəbiliyi hiss edirdi. Bir dəfə əlverişli imkan yarandı, mən ona Sürixə qayıtmaq
qərarımın ailə xoşbəxtliyimi bərpa etmək ümidi və ya digər mülahizələrlə bağlı
olmadığını söylədim. O, nə deyəcəyini bilmədi. Amma mən hiss elədim ki, onun
davranışındakı qəribəliyin başqa səbəbi var. O, tez-tez nahara gecikir, iştahasız
yeyirdi. Əvvəlcə, bu məni karıxdırırdı, çünki bizim masanın onun ürəyincə ol-
madığını düşünürdüm. Nəhayət, öyrəndim ki, mənim gənc dostumun şirniyyata