Rixard Vaqner
Mənim həyatım
398
qeyri-adi meyli var və mən bu meylin onun səhhətinə ziyan vuracağından narahat
olmağa başladım. Bu istiqamətdə iradlarım, görünür, Karlın o qədər də xoşuna
gəlmədi. Onun evdən kənarda vaxt keçirməsi halları isə getdikcə artırdı, o zaman
mən düşündüm ki, Karl öz kiçik mənzilindən narazı olduğundan şəhərdə başqa
mənzil axtarır. Onu fikrindən yayındırmağa çalışmadım.
Bizim evdəki şəraitin onu sıxdığını hiss etdiyimdən, məmnuniyyətlə
fürsətdən istifadə edib, ona bir müddətlik Sürixdən getməyi təklif etdim, çünki ya-
nımızda qalmağın ona sevinc bəxş etmədiyi sezilirdi. Onu Veymara “Loenqrin”in
bu ilin avqustunda baş tutumalı olan ilk tamaşasına getmək üçün dilə tutdum.
Karl gedəndən sonra Minnaya Riqiyə gəzinti təklif etdim, adətən ora piyada qal-
xırdıq. Bu zaman ilk dəfə arvadımda dağa qalxmaqdan yaranan yorğunluğun
nəticəsi kimi ürək xəstəliyinin əlamətlərini hiss elədim, bu xəstəlik çox tez inki-
şaf edirdi. Avqustun 28-i, axşam “Loenqrin”in Veymarda ilk tamaşası gününü biz
Lütsernedə,
Zun Schvan”
mehmanxanasında keçirdik, tamaşanın ehtimal olunan
başlanma və sonaçatma vaxtını saatla izləyirdik. Bu müddəti arvadımla maraqlı
söhbət edərək keçirməyə çalışsam da, içərimdə gərginlik, əsəb, daxili narahatlıq
mənim xoş niyyətimə mane olurdu. Tamaşa barədə tezliklə mənə də gəlib çatan
xəbərlərdə aydın, sakitləşdirici heç nə yox idi. Tezliklə Sürixə qayıdan Karl Ritter
mənə səhnə quruluşundakı müxtəlif qüsurlar və əsas partiyaların uğursuz ifaçısı
barədə məlumat verdi. Amma o deyirdi ki, ümumilikdə opera tamaşaçılara çox
yaxşı təsir göstərdi. Bundan başqa, Listin özünün də mənə göndərdiyi rəylər də
etibar doğururdu. O, Veymar teatrının onun qeyri-adi dərəcədə cəsarətli cəhdinin
icrası üçün yetərli olmayan kasıb bədii vəsaitləri barədə məlumatları bir daha
dilə gətirməyin artıq olduğunu düşünürdü. List yalnız mənim operamın tamaşa-
ya dəvət olunan bir çox görkəmli adamlara necə təsir etdiyini bildirir, quruluşun
ümumi əhval-ruhiyyəsindən danışırdı.
3
Həyatımdakı bu cür nəhəng hadisə gələcək taleyimə böyük təsir göstərməli
idi. Amma hazırkı anda o mənim vəziyyətimi, işlərimin gedişini dəyişmirdi. Buna
görə də mən daha çox himayəmdə olan gənc dostumun nə etməyi düşünməsi ilə
maraqlanırdım. Veymara gedərkən o, Drezdendə ailəsi ilə də görüşmüşdü. Geri
qayıdanda o, praktik karyera qismində musiqi fəaliyyətini seçmək və mümkün
olsa, teatrda musiqi direktoru vəzifəsini tutmaq kimi qızğın arzusundan danış-
dı. Bu vaxtadək onun bu sahədə bacarıqları ilə tanış olmaq imkanım olmamış-
dı. Mənim yanımda o, fortepianoda ifa etməkdən çəkinirdi. Amma o, “Valkiriya”
sərlövhəsi altında alliterasiya olunmuş şeirlərdən ibarət öz mətninə kompozisiyanı