399
Rixard Vaqner
Mənim həyatım
mənə göstərdi, bu parça məndə həddən artıq çarəsiz təəssürat yaratsa da, yenə də
onun bəstəkarlıq texnikasını gözəl bildiyindən əmin oldum. Bu bilikdə, şübhəsiz,
Robert Şuman məktəbinin üstünlükləri özünü göstərirdi. Şuman mənə deyirdi ki,
o, Ritteri həddən artıq istedadlı hesab edir, o, başqa heç bir şagirdində bu dərəcədə
zərif duyuma, bu qədər gözəl musiqi yaddaşına rast gəlməyib. Bu səbəbdən də
mənim gənc dostumun dirijorluq qabiliyyətinə şübhə ilə yanaşmağa heç bir əsasım
yox idi, o özü də buna dərindən inanırdı. Qış mövsümünün yaxınlaşdığını nəzərə
alaraq, Sürixdə oynayacaq truppaya kimin rəhbərlik edəcəyini öyrənmək istədim.
Mənə bildirdilər ki, hazırda truppa Vinterturdadır. Belə olan təqdirdə, dəstək və
tövsiyyə üçün Zultserə müraciət etdim. O həmişə mənə dost yardımı göstərməyə
hazır idi. Zultser yerli “
Wilder Mann”
mehmanxanasındakı ziyafətlərdən birində
məni teatrın direktoru Kramerlə görüşdürdü. Kramer mənim tövsiyyəm əsasında
Karl Ritterə yaxşı maaş təklif etdi, qərara alındı ki, dostum oktyabrdan Sürix ope-
rasında musiqi direktoru olacaq. Tövsiyyə etdiyim gənc opera işində yeni oldu-
ğundan, zəmanət verməliydim: əgər onun kapelmeyster fəaliyyətinə hazırlığının
yetərli olmaması səbəbindən teatr işində hər hansı yubanma yaranarsa, dirijor
pultu arxasında Ritteri mən əvəz etməliydim. Karl olduqca məmnun görünürdü.
Nəhayət, oktyabr və onunla birgə Kramerin teatr müəssisəsinin açılışı yaxınlaş-
dıqca mən dostumla onun yaxın gələcəkdə publika qarşısında dirijor kimi çıxışı
ilə bağlı ciddi danışmağı qərara aldım. Kramer bəyan etmişdi ki, onun teatrında
quruluşların bədiiliyinə xüsusi diqqət yetiriləcək. Karla yaxşı bildiyi əsərlə debüt
imkanı vermək üçün onun üçün “Freyşüts”ü seçdim. Karl bu cür asan partituranın
öhdəsindən gələcəyinə qətiyyən şübhə etmirdi. Amma utancaqlığına və mənim
qarşımda fortepianoda ifa etmək çəkingənliyinə qalib gələndə biz operanın klavi-
raussuqunu birgə araşdıranda əmin oldum ki, Ritter müşayiətin nə olduğu barədə
anlayışa malik deyil. Bundan başqa, partituranın ötürülməsi zamanı texniki
çətinliklərin öhdəsindən gəlmək çətin olduqda, o, bütün diletantlara xas qayğısız-
lıqla taktı tamamilə sakitcə yarım çərək uzadırdı. Onun dirijor üçün olduqca va-
cib olan ritmik dəqiqlik və temp barədə də anlayışı yox idi. Bunları görmək məni
dəhşətə gətirdi, mən sarsıldım və ona nə deyəcəyimi bilmədim. Bu cür qeyri-adi
kəşfimdən karıxıb, onu dirijorluqdan vaz keçməyə inandırmağa da çalışmadım.
Ümid edirdim ki, orkestr məşqində istedad qəfil aşkara çıxacaq. Məni qayğılan-
dıran yeganə şey ona eynək almaq idi, çünki özü bunu hiss etməsə də, Karl uzağı
pis görürdü, notlara tərəf həddən artıq əyilirdi, o nə müğənniləri, nə orkestri görə
biləcəkdi. Amma bircə dəfə Ritterin öz böyük eynəyilə birgə dirijor pultu arxasın-
da özünü necə apardığını görəndə anladım ki, mən söz verdiyim kimi, onu əvəz
etməli olacağam: Karlın üzü az qala pulta toxunurdu, o, gözlərini partituradan
ayırmağa qorxurdu, sanki yuxudaymış kimi, havada hansısa fantasttik takt cızır-
dı. Ritteri pult arxasıda yerini mənə güzəştə getmək üçün zorla inandıra bildim.