Rixard Vaqner
Mənim həyatım
400
Edəcək başqa bir şey yox idi, mən Kramer tearının ilk tamaşasına - “Freyşüts”ə
dirijorluq etməli oldum. Uğurumun nəticəsi olaraq, elə bir vəziyyətə düşdüm ki,
teatrın sonrakı işlərindən imtina edə bilmədim, çünki publika bunu tələb edirdi.
4
Görünür, operada dirijor yerinin Karla qalacağı barədə düşünməyin yeri
yox idi. Hadisələrin gedişi nəticəsində və eyni zamanda, mənim üçün o qədər də
xoş olmayan bu kəşflə yanaşı, öyrəndim ki, hələ Drezdendə tanış olduğum dos-
tum Hans fon Bülov da musiqi karyerasını seçib. Bir il əvvəl onun atası – ikinci
evliliyindən sonra dərhal Sürixə səfər edən Eduard fon Bülovla görüşmüşdük.
Hans Bülov Boden gölü yaxınlığında məksunlaşmışdı və oradan mənə yazdığı
məktubda bildirirdi ki, təəssüf ki, məni Sürixdə görmək kimi güclü arzusunu re-
allaşdıra bilməyəcək, bu arzu barədə o mənə daha əvvəl yazmışdı. Bülovların ailə
işlərindən xəbərdar olduğumdan, düşündüm ki, bu məktub Bülovun boşandığı
arvadının təsiri ilə yazılıb: o, Hansı artist karyerasından çəkindirmək istəyir və
ixtisasca hüquqşünas olan oğlanı dövlət xidmətində və ya diplomatik korpusda
çalışmaq üçün dilə tutur. Amma meyli və qabiliyyəti onu musiqiyə çəkirdi. Oğ-
luna atası ilə görüşməyə icazə verən qadın Hansdan söz almışdı ki, o mənim ya-
nıma gəlməyəcək. Digər tərəfdən, mənə məlum idi ki, oğlanın mənə həmişə yaxşı
yanaşan atası da onun mənimlə görüşməsini istəmir. Buna görə də mənim yalnız
bir ehtimalım vardı: Bülov bütün bunları ayrıldığı arvadının xeyrinə edir, nikahla-
rının pozulmasından doğan davalardan sonra növbəti mübahisə istəmir, halbuki,
övladının taleyindən söhbət gedir. Bu mülahizələr məndə Eduard fon Bülova qarşı
düşmənçilik hissi yaradırdı. Bəlkə də, mən səhv edirdim, amma Hans məktubunda
sərt tonda yazırdı ki, amansız zərurət onu istəmədiyi karyeranı seçməyə, özünü
məhv etməyə, bütün ömrü boyu özü ilə mübarizə aparmağa vadar edir. O illərdə
hədsiz emosional olan və hər cür mənəvi tiraniyaya
nifrət bəslədiyimdən qəti
tərəddüd etmədən belə bir qərar qəbul etdim. Hansa yazdığım cavab məktubunda
onun həddən artıq ciddi addım atdığını göstərdim. Bildirdim ki, söhbət təkcə onun
karyerasından deyil, həm də bütün daxili həyatındakı qəti çevrilişdən gedir: bu,
onun məktubundakı ümidsiz, məyus tondan bəlli idi. Ona yardım əlimi uzada-
raq yazdım ki, onun yerində olsam, dəstəkdən imtina etməzdim, artist karyerasıı
seçmək kimi böyük, güclü arzum olsaydı, öz meyillərimə uyğun gəlməyən yolla
getməməmək üçün bütün ağır məhrumiyyətlərə dözərdim. Bu səbəbdən də, mən
ona həlledici qərar verməyi tövsiyyə edirəm. Əgər atasının qadağasına rəğmən,
yanıma gəlmək istəyirsə, cavabımı alan kimi heç kəsin istəyilə hesablaşmadan
istədiyini eləsin. Məktubu Bülovların bağına – Hans orada yaşayırdı – aparmaq