401
Rixard Vaqner
Mənim həyatım
tapşırığını alan Karl xeyli sevindi. Baden sahilinə çatan Karl öz dostunu çağırdı və
birgə gəzintiyə çıxanda məktubu Hansa verir. Onu oxuyandan sonra Hans daş-
lıq yerdə, sərt, pis, soyuq hava şəraitində piyada Sürixə yollanmağı qərara aldı,
çünki özünün də, dostunun da heç pulu yox idi. Və bir gün islanmış və palçıqdan
çirklənmiş halda onlar mənim yanıma gəldilər, bu səyahət ərzində başlarına çoxlu
macəra gəlmişdi. Ritter Hansın evdən baş tutan qaçışına çox sevinirdi, gənc Bülov
isə qəlbinin dərinliyinədək sarsılmış görünürdü. Hansın ağrılı həyəcanı məndə
səmimi mərhəmət doğurdu və bu gündən etibarən bizim dostluğumuz uzun illər
üçün möhkəmləndi.
5
Hər şeydən əvvəl, Bülova gumrahlıq və gələcəyə xoş ümidlər aşılamağa
çalışdım. Maddi çətinliklər tezliklə düzəldi. Karl kimi o da eyni şərtlərlə teatrın
müdiriyyəti ilə müqavilə imzaladı. Hər ikisi cüzi maaş alırdı, mənim hər iki gənc
musiqiçiyəzaminolmağımdaqüvvəsindəqalırdı. TezlikləBülovhansısamusiqi ifa-
sına dirijorluq etməli oldu. O, bir dəfə də olsun, nota baxmadan orkestri elə ürəkdən
və əminliklə idarə elədi ki, mən məmnuniyyətlə yeni dirijorumuzun qeydsiz-
şərtsiz istedadına inanmalı oldum. Lakin Karlın praktik musiqi fəaliyyətində tam
yararsızlığını anlamağından doğan ruh düşkünlüyünü aradan qaldırmaq mənə
çox çətin oldu. Görünür, o bu sahəyə böyük ümid bəsləyirdi. Musiqidən başqa hər
şeydə istedadlı olan bu gəncdə o vaxtdan özümə münasibətdə ürkək təmkinlilik
və gizli nifrət hiss etməyə başladım. Amma Karlı musiqi kapelmeysteri postun-
da saxlamaq və hansısa tamaşanın dirijorluğunu ona tapşırmaq mümkün deyildi.
Digər tərəfdən, Bülovun da gözlənilməz çətinlikləri yarandı. Məsələ burasında-
dır ki, məni gələcəkdə də teatrda dirijor kimi görmək istəyən opera direktoru hər
vəchlə mənim tamaşalarda kapelmeyster postu arxasında qalmağımı istəyirdi.
Həqiqətən də, mən bir neçə dəfə orada dirijorluq elədim: qismən tamaşaçılarda
elə də pis olmayan truppaya rəğbət yaratmaq, qismən də gənc dostlarıma, xüsusən
də, çox istedadlı Bülova opera kapelmeysteri vəzifəsinin öz nümunəmdə nədən
ibarət olduğunu göstərmək istəyirdim. Tezliklə Hans öz vəzifəsinin öhdəsindən
elə yaxşı gəlməyə başladı ki, mən təmiz vicdanla onu əvəz etmək öhdəliyini
üzərimdən atmaq barədə düşündüm və bunu teatr direktoruna bəyan etdim.
Mənim təriflərimdən ərköyünləşmiş bir gənc ifaçı xanım yersiz iradları ilə Bülovu
o vəziyyətə çatdırdı ki, o özü kapelmeyster çubuğunu mənə ötürdü. Biz sonra
işin nə yerdə olduğunu anlayanda mən xeyli hirsləndim və əsəb keçirdim. Han-
sın ikiaylıq fəaliyyətindən sonra bizim üçün böyük xoşagəlməzliklərin mənbəyi
olan müqavilədən müdiriyyətlə razılaşma əsasında imtina etdik. Bu zaman Bü-