Rixard Vaqner
Mənim həyatım
402
lova San-Qallendə musiqi direktoru vəzifəsi təklif olunduğundan, mən gələcəyə
ümidlə gənclərin xoşbəxtliklərini qonşu şəhərdə axtarmalarına imkan verdim.
Eduard fon Bülov soyuqqanlılıqla oğlunun qərarına tabe oldu, amma onun
ürəyində mənə qarşı ağır bir hiss qalırdı. Onun qarşısında öz davranışıma bəraət
qazandırdığımməktubuma ata Bülov cavab vermədi, amma öyrəndim ki, o, Sürixə
oğlu ilə barışmağa gəlib. Gənclərin San-Qallendə keçirdikləri azsaylı qış günləri
ərzində mən bir neçə dəfə onlara baş çəkmək üçün ora getdim. Karl yenidən Qlü-
kün “İfigeniya” əsəri ilə bağlı uğursuzluğa düçar olmuşdu. Mən onu görəndə o,
qəmli fikirlərə qərq olmuşdu, ağır hisslər keçirirdi, hər cür praktik işdən uzaqlaş-
mışdı, halbuki, Hans yararsız personala, dəhşətli orkestrə, pis teatr binasına və
ümumilikdə, işləmək üçün iyrənc şəraitə rəğmən, özünü bütünlüklə işə həsr et-
mişdi. Mən San Qallendəki teatrın acınacaqlı şəraitini görəndə biz qərara aldıq ki,
Hans artıq kapelmeysterlik qabiliyyətini sübut edib, göstərib ki, dirijor fəaliyəti
üçün lazım olan bütün keyfiyyətlərə malikdir. İndi onun üçün elə bir iş tapmaq la-
zım idi ki, o, musiqi qabiliyyətini məhsuldar şəkildə tətbiq edə bilsin. Bülov mənə
bildirdi ki, atası onu tövsiyyə məktubu ilə o zaman Münhen saray teatrının rəhbəri
olan baron Poyselin yanına göndərmək istəyirmiş. Amma yenə anası işə qarışıb
və gələcək təkmilləşmə üçün oğlunun Veymara, Listin yanına göndərilməsində
inad edib. Buna isə mən yalnız ürəkdən təəssüflənə bilərdim. Mən səmimi sevinclə
dostuma məktub yazıb, gənc Bülovu ona tövsiyyə etdim, onun gələcək taleyi məni
həddən artıq narahat edirdi. 1851-ci ilin Pasxasında Hans San-Qalleni tərk etdi və
uzun müddətlik Veymara getdi və beləliklə, mənim himayəmdən çıxdı. Ritter me-
lanxolik tənhalığında qalmaqda davam edir, Sürixə qayıtmağa qərar verə bilmirdi,
çünki bu şəhər ona ilk uğursuzluqlarının xoşagəlməz xatirələrilə bağlı idi. O, San-
Qallendə yaşamağa davam etdi.
6
Dostlarımın qışda Sürixə səfər etmələri məndə daha maraqlı bədii
təəssüratlar yaratdı. Musiqili cəmiyyətin konsertlərindən birində Bülov virtuoz
qismində royalda ifa edirdi. Bu konsertdə mən Bethoven simfoniyasına dirijor-
luq edirdim, bu məni məmnun edir, dostlarımı sevindirirdi. Məsələ burasında-
dır ki, cəmiyyətin müdiriyyəti məndən düzənlədikləri tədbirlərdə dirijor kimi
çıxış etməyi yenidən xahiş etmişdi. Daimi orkestr çox zəif olduğundan, mən
yalnız bir şərtlə razılıq verdim: simli alətlər qrupunu gücləndirmək üçün əlavə
yaxşı musiqiçilər dəvət olunacaq. Özü də mənim konsertlərdə iştirakım adətən
Bethovenin hər hansı bir simfoniyasının dirijorluğu ilə bitirdi. Konsert üçün seç-
diyim simfoniyanın orkestrin əzbərləməsi üçün hər dəfə mənə üç məşq ayırma-