403
Rixard Vaqner
Mənim həyatım
sını tələb edirdim. Bu məşqlərə qonşu şəhərlərdən musiqiçilər gəlirdi, buna görə
də cəmiyyətin bütün konsertləri mənim iştirakımla xüsusi təmtəraq əldə edirdi.
Bundan başqa, təkcə bir simfoniyanı başa vurmaq üçün bütün məşqi mənə həvalə
edirdilər və Bethovenin musiqiçilər üçün texniki baxımdan heç bir çətinlik yarat-
mayan ifası zamanı incə nüansları gözləməyə kifayət qədər vaxtım olurdu. Bu-
nun sayəsində mən öz niyyətimin orkestrə ötürülməsində tam azadlığa nail ol-
dum, bütün dirijorluq karyeram zamanı bu mənə bir dəfə də müyəssər olmamış-
dı. Simfoniyanın ifamda yaratdığı güclü təəssürat məni xüsusi şövqlə doldurdu.
Orkestrin özündə mən bir neçə həqiqətən istedadlı musiqiçini kəşf elədim, onlar
həvəslə mənim göstərişlərimi yerinə yetirirdilər və tezliklə bu göstərişləri məhz
tələb etdiyim kimi icra etməyə alışdılar. Onların arasında birinci qaboyçu yerində
əyləşdirdiyim Frisi xüsusi xatırladacağam. Bethoven simfoniyasında həddən artıq
vacib partiyanı onunla o qədər ciddi-cəhdlə öyrəndik ki, sanki söhbət vokal solo-
dan gedirdi. Həqiqətən də, konsertdə “C-moll” simfoniyası ifa olunanda o, özü-
nün birinci hissədəki reçitativ-adajiosunu elə təsirli ifa etdi ki, mən bu hissənin bu
cür ifasını hələ eşitməmişdim. Sonradan mən cəmiyyətin növbəti konsertlərində
iştirakdan imtina edəndə bu qəribə adam orkestr musiqiçisi fəaliyyətindən vaz
keçib, not ticarətilə məşğul olmağa başladı. Sonra Otte-İmqofun şəxsində biz Sü-
rixin görkəmli və zəngin sakinini – incəsənət azarkeşi və diletantı, gözəl klarnet
ustası, güclü olmasa da, incə və yumşaq səsi olan bir adamı tanıdıq. Bundan başqa,
mən gözəl valtorna ustası Berin də adını çəkməliyəm. Onun sayəsində musiqiçilər
qrupu xüsusi şövqlə ifa etməyə başladı. “C-moll” simfoniyasının son hissəsində
nəfəsli alətlərin akkordlarının Sürixdə olan konsertdəki qədər intensiv və bərabər
səsini heç yerdə eşitməmişdim. Bir zaman Paris konservatoriyasında “Doqquzun-
cu simfoniya”nın ifası da məndə bu cür təəssürat oyatmışdı. “C-moll” simfoniyası
publikada, xüsusən də, köhnə dostlarımdan biri olan və indiyədək musiqiyə la-
qeyd qalan statsşrayber Zultserdə belə həyəcan yaratdı. Zultser o qədər ilhamlan-
dı ki, yerli qəzetdə mənim əleyhimə yazılan hansısa qeydə Platon ruhunda böyük
bir siyasi satira ilə cavab verdi. Cəmiyyətin bu qış təşkil edəcəyi ikinci konsertində
iştirak etməyə və “Qəhrəmanlıq simfoniyası”na dirijorluq etməyə razılıq vermiş-
dim, bu konsertə Bülov da pianoçu qismində dəvətli idi. Özünəxas cəsarətlə, hətta
bir qədər ehtiyatsızlıqla o, hədsiz məzəli, amma fortepiano üçün Listin hazırla-
dığı, uyğunlaşdırılması çətin “Tanhauzer” uvertürasını seçmişdi. Bülovun ifa-
sı xeyli alqışa səbəb oldu. Onun parlaq virtuoz ifası məni heyrətə saldı, əvvəllər
mən buna o qədər də diqqət yetirməmişdim və bu ifa məndə onun gələcəyilə
bağlı böyük ümidlər yaratdı. Ötən qışkı səyahətlərimiz zamanı onun dirijorluq və
müşayiətçilik qabiliyyətinə əmin olmuşdum, bu barədə yuxarıda qısaca danışmı-
şam. Sürixdə tanışlar tez-tez başıma toplaşırdı. Nəhayət, Hansın iştirakı sayəsində
dostlarım əyləncə məqsədilə böyük musiqi klubu yaratdılar. Onun təkşil etdiyi