Rixard Vaqner
Mənim həyatım
404
axşamlarda mən də öz operalarımdan uyğun gələn hissələri ifa edirdim, Hans
müşayiət vəzifəsini öz üzərinə götürürdü və bu vəzifənin öhdəsindən məharətlə
gəlirdi. Fürsətdən istifadə edib, mən əlyazmalarımı oxumağa başladım. Bir sıra
belə axşamlarda mən getdikcə artan hədsiz diqqətli dinləyici dairəsinə qışda yaz-
dığım “Opera və dram” kitabını oxudum.
7
Mən bir qədər sakitləşib, fikirlərimi toplayıb, ciddi işləri bərpa etməyə qərar
verdim. Amma “Ziqfridin ölümü” kompozisiyasına başlamağı heç istəmirdim.
Açıq-aşkar portfeldə yatıb qalmağa məhkum olan partitura üzərində işləməyə
həvəs yox idi. Məni necəsə, dolayı yollarla da olsa, əsərimin səhnələşdirilməsi fik-
ri cəlb edirdi. Bunun üçün mən hər şeydən əvvəl, hər tərəfdən işimə ciddi maraq
göstərən azsaylı dostlarıma ağlımda həll etdiyim, aydın şəkildə gördüyüm, amma
onların sezmədikləri vəzifələri izah etməyi zəruri hesab etdim. Tezliklə bunun
üçün əlverişli məqam yarandı. Zultser mənə müasir Brokhauz ensiklopediyasında
opera barədə məqaləni göstərdi, o düşünürdü ki, orada söylənilən fikirlər mənim
əsərim üçün hazırlıq materialı ola bilər. İlk gözucu baxışdaca orada deyilən hal-
ların yanlışlığına əmin oldum. Mən Zultserin diqqətini incəsənətin mahiyyətinə,
hətta çox savadlı şəxslərin belə müdafiə etdiyi ictimai rəylə mənim baxışla-
rım arasında olan əsas fərqə yönəltməyə çalışdım. Amma təbii ki, nə qədər söz
qabiliyyətim olsa da, ideyalarımı şifahi şəkildə geniş yaya bilməzdim, buna görə
də evə çatan kimi fikirlərimin sistematik və planlı ifadəsinin planını cızmağa çalış-
dım. Beləliklə, mən “Opera və dram” sərlövhəsi altında nəşr etdirəcəyim kitabın
tərtibinə başladım. Bu kitab mənə bir neçə aylıq gərgin əməyim nəticəsində başa
gəldi və onu 1851-ci ilin fevralında bitirdim. Əsəri bitirməyimə az qaldığı bir vaxt-
da ilhamla işləməyim mənə baha başa gəldi. Hesablamalarıma görə, əlyazmanın
üzərində gərgin işləmək üçün bir neçə gün qalırdı, amma qəfildən sevimli tutuqu-
şum xəstələndi, o, adətən yazı masamda oturub, necə yazdığımı izləyirdi. O, bir
neçə dəfə belə xəstələnmişdi, o hər belə xəstəlikdən sonra sağaldığı üçün mən xü-
susi narahat olmadım. Arvadım məsləhət almaq üçün uzaq məhəllələrdən birində
yaşayan veterinarın yanına getməyi xahiş elədi. Amma mən yazı masamdan ayrıl-
maq istəmədiyim üçün günü-günə satdım. Nəhayət, bir gün gecə saatlarında nəhs
əlyazmanı bitidim, səhərisi isə gözəl tutuquşumu döşəmədəcə ölü vəziyyətdə tap-
dım. Mən ovuna bilmirdim. Minna da mənim kədərimi səmimi şəkildə bölüşür-
dü və bizim ev heyvanlarına ümumi bağlılığımız gələcəkdə də birgə həyatımızda
bizim aramızda rəğbət doğuran bağ olmalı idi.