405
Rixard Vaqner
Mənim həyatım
Ev heyvanlarından başqa, ailəmizdəki fəlakətli münasibətlərə fikir verməyən
sürixli, nisbətən köhnə dostlarımız da bizə sadiq və bağlı idilər. Onlardan ən
qiymətlisi və görkəmlisi Zultser idi. Bizim təbii intellektual qabiliyyətlərimizin,
meyl və temperamentlərimizin arasındakı kəskin fərq, sanki, bizim dostluğu-
muza yalnız şərait yaradırdı. Biz daim biri-birimizdə gözlənilməzlikləri kəşf
edirdik, söykəndiyi dərin əsaslar üzündən məhsuldar və ibrətamiz həyəcanlar
üçün motivlərə keçirdik. Zultser həddən artıq qıcıq oyadırdı və onun səhhəti çox
zəif idi. O, öz təbii meyillərinə rəğmən, dövlət idarəsində işə girdi, vəzifələrinin
öhdəsindən isə sözün geniş mənasında ciddiyyət və xeyirxahlıqla gəldi. Mənimlə
tanışlıq onu estetik həzz sahəsinə daha dərindən aludə etdi ki, bu qədərini özünə
icazə vermirdi. Bəlkə də, mən incəsənətə bir az qeyri-ciddi yanaşsaydım, o, bu
dərinliklərdən asanlıqla cıxa bilərdi. Amma mənim yaradıcılığa qeyri-adi, hətta
dövlət vəzifələrindən daha artıq əhəmiyyət verməyim onu normal vəziyyətindən
çıxarırdı. Amma elə onu mənə çəkən də incəsənət məsələlərinə bu cür dərin
münasibətim, bu sahədəki baxışlarım idi. Bizim söhbətlərimiz çox zaman dinc
xarakter daşımadığından, hər ikimizin əsəbiliyi üzündən mübahisələrimiz çox
zaman qızğın partlayışlarla həll olunurdu. Bəzən onun dodaqları əsəbi halda
titrəyirdi, şlyapasını və əl ağacını götürüb sağollaşmadan çox sürətlə aradan çı-
xırdı. Amma səhərisi, heç nə olmamış kimi adi vaxtda gəlirdi və biz özümüzü elə
aparırdıq ki, sanki, aramızda heç nə olmayıb. Onu yalnız əziyyətli fiziki süstlü-
yün evdən çıxmağa qoymadığı günlərdə yoluxmaq ağır idi. Səhhəti barədə sual
onu özündən çıxarırdı. Zultserin əhvalını dəyişməyin bircə yolu vardı: ondan dost
kimi nəsə xahiş edəcəyinizi bildirmək, bu kifayət idi. O, bundan xoş təəccüb hissi
keçirir və dərhal da lazım olan hər şeyi etməyə hazır olduğunu bildirirdi. Sifəti ani
olaraq işıqlanır və üzündə mehriban cizgilər yaranırdı.
8
Musiqiçi Vilhelm Baumqarten ondan kəskin şəkildə fərqlənirdi. Bu,
düşünməyə hər hansı meyli olmayan şən və həyatsevər bir gənc idi, fortepiano-
nu yaxşı müəllim ola biləcək dərəcədə öyrənmişdi və verdiyi dərslərdən xərcləri
üçün lazım olan məbləği çıxarırdı. O, gözəlliyi - həddən artıq ali forma almayın-
ca - hərarətlə duyurdu. Vilhelmin qəlbi Zultserə dərindən bağlı, sadiq idi, xe-
yirxahdı. Amma Zultserin təsiri belə onu şərab aludəçiliyindən qurtara bilmədi.
Əvvəldən Zultser və Baumqartenlə dostluq münasibətində olan daha iki nəfər
bizə qoşulmuşdu: işgüzar və hörmətli ikinci dövlət katibi Qagenbux və həddən
artıq xeyirxah, amma əqli baxımdan o qədər də fərqlənməyən, elə bu səbəbdən
də, Zultserin daim lağa qoyduğu vəkil və “İttifaq qəzeti”nin redaktoru Bernqrad