Rixard Vaqner
Mənim həyatım
406
Spiri . Getdikcə məişət qayğılarının, fiziki əzabların və sənət dərslərinin daha çox
sıxdığı Aleksandr Müller bizim dərnəyi tamamən tərk etdi. Musiqiçi Abt, onun
Qaranquş”una rəğmən, məni heç çəkmirdi. Həm də o Braunşveyqdə parlaq kar-
yera qurmaq üçün bizi tezliklə tərk etdi.
9
Sürix cəmiyyəti əsasən siyasi iflasa uğramış müxtəlif şəxslərin axını hesa-
bına zənginləşirdi. 1850-ci ilin yanvarındakı qayıdışım zamanı burjua nöqteyi-
nəzərindən yetərincə zərif, amma yetərincə darıxdırıcı olan Adolf Kolaçeklə rast-
laşdım. O, nəşriyyat işinə meyilli idi və “Alman aylığı” qəzetini çıxarırdı. Bu orqan
son hərəkatda məğlub olanlar üçün mənəvi mübarizə meydanı olmalı idi. Onun
məni yazıçı hesab etməsi izzəti-nəfsimi bir qədər oxşayırdı. O əmin edirdi ki, ümu-
mi iş bayrağı altında çıxış edən əqli qüvvələrin ittifaqında elə mənim kimi adam
çatışmır. Hələ Parisdən ona “İncəsənət və mühit” məqaləmi göndərmişdim. İndi
isə hələ nəşr olunmamış “Opera və dram”ın bir neçə iri hissəsini məmnuniyyətlə
götürdü və əvəzində yaxşı qonorar verdi. Bu adam mənim yaddaşımda daim
nəzakətli redaktor nümunəsi kimi qalacaq. O, bir dəfə oxumaq üçün mənə
Gələcəyin incəsənəti” məqaləmə hansısa cənab Palleskenin yazdığı rəyi verdi və
bildirdi ki, mənim razılığım olmadan bunu çap etməyəcək, eyni zamanda mənim
də razılıq verməyim üçün qəti israr etmir. Mən düşündüm ki, bu səthi, mənasız,
ən təkəbbürlü tərzdə yazılmış rəy jurnal səhifələrində çap olunsa, ona tutarlı ca-
vab verməli olacağam. Yenidən öz dünyagörüşümün, oradakı əsas teoremlərin
yorucu təfsirinə vaxt sərf etmək lazım gələcək. Mənim isə buna həvəsim yox idi.
Buna görə də mən Kolaçekin əlyazmanı müəllifə geri qaytarmaq və onu başqa
jurnala verməyi tövsiyyə etmək qərarı ilə razılaşdım. Həqiqətən də, gözəl və
maraqlı adam olan Reynqold Zolgerlə tanışlığıma görə də Kolaçekə borcluyam.
Zolger – bu narahat və bir qədər də təxribatçı adam, kiçik, darısqal Sürix-İsveçrə
cəmiyyətində özünü məhbəsdəki kimi hiss edirdi. O, tezliklə bizi tərk edib, Şimali
Amerikaya yollandı. Sonra mənə onun Avropa hadisələri ilə bağlı qızğın çıxışları
və mühazirələri barədə xəbərlər çatdı. Təəssüf ki, bu istedadlı adam adını hansısa
əhəmiyyətli işlərlə şöhrətləndirmədi. Halbuki onun Sürixdə olduğu qısa müddət
ərzində bizim aylıq jurnala yazdığı məqalələri bu sahədə almanlar tərəfindən ya-
radılmış ən gözəl işlərin siyahısına daxildir.
Yeni, 1851-ci ildə bu kampaniyaya Georq Herveq də qoşuldu ki, təəccübümə
rəğmən, onunla bir gözəl gündə Kolaçekin mənzilində qarşılaşdım. Onu Sürixə
gətirən, mənim üçün bir qədər xoşagəlməz səciyyəli şərait mənə sonradan bəlli
oldu. Herveq gözəl ədalara yiyələnmişdi, cəmiyyətdə özünü əsrinin ərköyün aris-