407
Rixard Vaqner
Mənim həyatım
tokrat təkəbbürü ilə aparırdı. Onun fransız nidaları ilə bəzənmiş nitqi xarici görü-
nüşünün zərifliyini də gözəçarpan edirdi. Siması, canlı gözləri və mehriban davra-
nışı dərhal insanları cəlb edirdi. Omənim sadə kənd axşamlarında iştirak dəvətimi
qəbul edəndə xeyli məmnun oldum. Hərçənd, bu axşamlar, xüsusilə də, Bülov öz
ifası ilə qonaqları feyziyab edəndə çox xoş keçirdi. Qeyd etməliyəm ki, Herveqdən
heç bir cavab dəvəti almadım. Arvadımın dediyinə görə, mən əlyazmalarımı oxu-
yanda Kolaçek yatırmış, Herveqin isə bütün diqqəti punşda imiş. Qeyd etdiyim
kimi, sonrakı 12 axşam ərzində sürixli dost-tanışlara “Opera və dram”ı oxuyanda
Herveq
iştirak etmirdi. O mənim kitablarımı anlamayanlarla bir yerdə olmağı öz
ləyaqətinə sığışdırmırdı. Biz Herveqlə az-çox yaxınlaşdıq. Səbəb təkcə yeni şöhrət
qazanmış poetik istedada hörmətim deyildi, həm də onun həqiqətən, zərif, zəngin
istedadlı təbiətinə mərhəmət duyurdum. Nəhayət, Herveqin özündə də mənimlə
ünsiyyət ehtiyacı hiss etdim. Daim o zaman məni ehtirasla maraqlandıran dərin və
ciddi məsələlərə toxunmaq vərdişlərim, görünür, bu adama yaxşı təsir göstərirdi.
Özünün sürətlə artan poetik şöhrətindən məst olan bu gənc, təəssüf ki, öz ruhuna
da xeyli yad olan xarici görünüş və xırda məsələlər barədə düşünürdü. Həmişə
qüsursuz geyinməyə cəhd etməklə özünü saldığı çətin vəziyyət mənim onun
üzərində daha dərin təsirimə də şərait yaratdı. Hər necə olsa, ilk dəfə məhz o, ən
cəsarətli planlarıma və fikirlərimə anlayış göstərdi, teziklə də mənim tam etimadı-
mı qazandı. O deyirdi ki, yalnız mənim fikirlərimlə məşğuldur və heç kəs həmin
fikirlərlə bu qədər səmimiyyətlə maraqlanmamışdı.
10
Gələn yaz yazmağı düşündüyüm yeni dramatik poema barədə Herveqə
danışanda bizim aramızdakı səmimi, demək olar ki, mehriban dostluq xey-
li möhkəmləndi də. Ötən yay Listin Veymar teatrının səhnəsində “Leonqrin”i
səhnələşdirməsi səmərə verdi, mənim əlimdəki məhdud vəsaitlə bu mümkün
olmazdı. Bu iş yalnız hərtərəfli, zəngin istedadlı və mənə dərin dostluq hissləri
bəsləyən Listin sayəsində mümkün olmuşdu. Veymar teatrına “Leonqrin”
üçün lazım olan görkəmli ifaçıları dəvət edə bilməsə də, çox zaman eyhamlarla
kifayətlənməli olsa da, o, bu tamaşada deyilməmiş hər şeyi ilhamla işıqlandırmaq
üçün bütün cəhdlərini işə saldı. Hər şeydən əvvəl, o, “Loenqrin”in əhəmiyyəti
barədə geniş məqalə yazdı. Bədii əsərin ədəbi şərhi nadir hallarda əsərə bu qədər
diqqətli, yüksək zövqlü, əqidəli dostlar qazandırır, List, “Loenqrin” üçün, yazdığı
müfəssəl məqalə ilə bunu eləyə bildi. Karl Ritter məqalənin fransız orijinalının “
Il-
lustrirte Zeiuting”
da yer almış alman versiyasını hazırlamaqla özündə tərcüməçilik
kimi gözəl ədəbi istedadı kəşf etdi. Bundan az sonra List “Tanhauzer” barədə eyni