Rixard Vaqner
Mənim həyatım
408
cür izahlı məqalə ilə təmin olunmuş fransız orijinalını da nəşr etdirdi. Bu broşür
uzun müddət, xüsusən də xaricdə mənə qarşı gözlənilməz mehribanlıq yaratdı.
Ona əsasən publika mənim əsərlərimlə klaviraussuqdan daha yaxşı bir vasitəylə
yaxından tanış olurdular. Amma bununla heç də kifayətlənməyən List, gənc və
savadlı artistləri mənim operalarımın Veymar səhnələşdirmələrinə cəlb edirdi. Bu
yolla o, dinləyib-görmək qabiliyyəti olanların diqqətini əsərə cəmləmək istəyirdi.
Frans Dingelştedtlə bağlı onun xoş niyyətləri nəticə vermədisə (Dingelştedt
həvəssiz şəkildə yalnız ”Leonqrin” barədə “
Allgemeine Zeitung”
a rəy verməyə razı
oldu) , əvəzində onun ilhamlı bəlağəti Adolf Ştarı tamamən mənim tərəfimə çəkdi.
Berlinin “
National
Zeitung” jurnalında dərc olunan “Loenqrin” barədə müfəssəl
hesabatda operanın böyük əhəmiyyəti təsdiqlənirdi, bu, şübhəsiz ki, alman
publikasına təsirini göstərdi. Görünür, Robert Fransın – List az qala zorla onda
da“Loenqrin”ə maraq oyatmışdı – sonradan bu tamaşa barədə səmimi rəğbətlə da-
nışması musiqiçi-mütəxəssislərin dar çərçivəsində izsiz ötüşməmişdi. Bu nümunə
yolxucu idi və bir müddət düşünmək olardı ki, kütbeyin musiqi mətbuatı enerjili
və ciddi şəkildə mənimlə məşğul olmaq qərarına gəlib. Bu hərəkatın tezliklə və
həmişəlik tamamilə əks istiqamət alması barədə öz vaxtında danışacağam. İndiki
anda isə mətbuatın mənə mehriban münasibəti Listi daha da ilhamlandırdı və o,
məni son illər ara verdiyim yaradıcı fəaliyyətə dönməyə, gələcəkdəki əsərləri yaz-
mağa təşviq etdi. “Loenqrin”in öhdəsindən gələndən sonra o, daha böyük cəsarət
tələb edən işə girişdi və mənə “Ziqfridin ölümü” mətninə musiqi yazmağı təklif
etdi. Onun təsiri altında Veymar teatrının müdiri cənab fon Sizeqar böyük herso-
qun adından mənə əsl anqajament təklif etməli idi: mən bir ilə işimi bitirməliydim,
bunun üçün mənə 500 taler ödəniləcəkdi. Qəribə bir təsadüf də baş verdi: təxminən
eyni vaxtda və Listin yardımı ilə Koburq hersoqu mənə öz operasının orkestr uy-
ğunlaşdırılması üçün 900 taler təklif etdi, özü də mənim səxavətli sifarişçim etibar-
sız vəziyyətimə rəğmən, məni öz qəsrinə dəvət etdi. Orada mən onunla, bəstəkar
və şairə xanım Birxpfeyferlə birgə bütün dünyadan təcrid olunaraq, sözügedən
əsərlə məşğul olmalı idim. List hər hansı bəhanə ilə bu təklifdən boyun qaçırmam
üçün məni dilə tuturdu, məsləhət görürdü ki, “fiziki və əqli yorğunluğumu” əsas
gətirim. Sonradan dostum bildirdi ki, hersoqun öz partiturasıyla bağlı mənimlə
əməkdaşlıq etmək arzusu “trombonları daha uğurlu tətbiqatımdan” sonra yara-
nıb. Hersoq nəzəriyyəm barədə Listdən soruşub və belə bir cavab alıbmış: bütün
sirr bundadır - mən beynimdə hər hansı ideya yaranmamış trombon üçün nəsə
yazmağa tələsmirəm.