409
Rixard Vaqner
Mənim həyatım
11
Amma Veymar dəvətini qəbul etmək meyli çox güclü idi. “Opera və dram”
üzərində işləməkdən yorulmuşdum, son vaxtların bir sıra gərgin hadisələrindən
məyus olmuşdum, uzun fasilədən sonra yenidən Drezden fəlakətindən sağ-
salamat çıxmış “Hertelev” royalının arxasına keçdim. Ağır qəhrəmanlıq dramı
üçün musiqi kompozisiyasının məndə necə alınacağını yoxlamaq istəyirdim.
İlk redaksiyada Norn üçün tutduğum mahnıya musiqinin qaralamasını elədim.
Brungildanın Ziqfridə ünvanlanmış salamlamasını səslərə köçürəndə ruhuma
qüssə hakim oldu. Qeyri-ixtiyari özümə sual verdim: bu qəhrəman qadın obrazını
gələcək mövsümün hansı xanım ifaçı yaradacaq? Buradaca öz qardaşım qızı İo-
hannanı xatırladım, hələ Drezdendə ikən gözəl xarici göstəricilərini düşünüb, bu
rol üçün onu nəzərdə tutmuşdum. İohanna primadonna karyerasına Hamburqda
başlamışdı, onun və bütünlükdə ailəsinin mənə ədəbsiz yanaşmaları, onun iste-
dadının mənim üçün ömürlük itirildiyini düşünməyə əsas verirdi. Eyni zamanda,
belə bir fikir məndən əl çəkmirdi ki , İohannanın müavini qismində ikinci Drez-
den primadonnası, Centilomo-Şpatser də gələ bilər. Bu qadın bir zaman Marşneri
Donisetti difiramblarına ilhamlandırmışdı. Bir dəfə əsəbiləşib, royal arxasından
dik atıldım və bildirdim ki, bu sayaqa kəndlilər üçün yazmaq niyyətim yoxdur.
Hər hansı bir teatrla təması fikrən canlandırmaq kifayət idi ki, sözlə ifadə olun-
mayacaq dərəcədə əsəbiləşim, özümü heç cür ələ ala bilmirdim. Düşdüyüm ağır
mənəvi vəziyyətin qismən fiziki xəstəliklə əlaqəli olduğunu anlamağım məni
xeyli sakitləşdirdi. Bu yaz bütün bədənimin dərisində gözlənilmədən səpkilər
əmələ gəldi. Həkim mənə kükürd vannası yazdı, hər gün müntəzəm bu vanna-
ları qəbul etməli idim. Hərçənd, bu müalicə əsəblərimin çox qıcıqlanmasına və
sonradan məni səhhətimin bərpası üçün radikal addımlar atmağa vadar etsə də,
çiçəklənən may günlərində şəhərə və geri gündəlik səhər gəzintiləri əhvalımı
qaldırdı. “Ziqfridin ölümü” faciəsinə qəhrəmanlıq komediyası qismində “Gənc
Ziqfrid”i müqəddimə verməyi düşündüm. Bu ideya məni cəlb edirdi, özümü inan-
dırmağa çalışırdım ki, ciddi və əzəmətli əsər olan “Ziqfridin ölümü”nə nisbətən
bunu səhnələşdirmək daha asandır. Planımı Listə açdım. Sonra Veymar teatrının
rəhbərliyinə “Gənc Ziqfrid” adlı yenidən düşünülmüş nəzm və musiqi kompozisi-
yası üçün də əvvəlcə təvazökarlıqla qəbul etdiyim kimi, 500 taler mükafat istədim.
Veymarda mənim təklifimlə tərəddüdsüz razılaşdılar ki, mən kükürd vannaları
və təmiz havada gəzintilər arası qısa zaman kəsiyində yaxşı əhval-ruhiyyəmdən
istifadə edib, “Gənc Ziqfrid”in düşündüyüm mətnini tezliklə yazmaq üçün Karl
Ritterin ötən ilki çardaqdakı kiçik otağına qapandım.