Rixard Vaqner
Mənim həyatım
410
12
İndi Drezdendən gedəndən sonra şəhər orkestrinin gənc musiqiçisi Te-
odor Uliqlə (
yuxarıda onun barəsində artıq danışmışam)
saxladığım səmimi, isti
münasibətlər barədə xatırlatmalıyam, bu münasibətlər zaman-zaman əsl səmərəli
dostluğa çevrildi. Onun ağlının müstəqilliyi, itiliyi, qaynarlığı mənə hədsiz sadiq-
lik nümayiş etdirməyə imkan verirdi. O, mənim taleyimə mərhəmət duyurdu və
əsərlərimi dərindən anlayırdı. “Loenqrin”in Veymar tamaşası zamanı o, tamaşa-
çıların arasında idi və tamaşa barədə mənə sırf işgüzar hesabat göndərdi. Mu-
siqi naşiri Hertel mənim “Leonqrin” əsərimi Leypsiqdə nəşr etdirmək təklifimə
razılıq vermişdi, amma buna görə qonorar ödəmirdi, ona görə də klaviraussuq
tərtib etməyi Uliqə tapşırdım. Amma bizim fikrimiz nəzəri məsələlərdə üst-üstə
düşürdü və biz bu məsələləri müzakirə edirdik. İxtisasca dar sahənin adamı – mu-
siqiçi olsa da, o, önyarğısız insan kimi, hərtərəfli təhsil almış təəssüratı yaradan
digər musiqiçiləri dəhşətə gətirən, onlarda ümidsizlik oyadan ideyaları aydın
şəkildə dərk edirdi: sonuncular orada incəsənətin çeynənmiş yolları üçün təhlükə
görürdülər.
Uliq tezliklə özündə qeyri-adi ədəbi qabiliyyət də aşkar etdi. İnstrumental
musiqi barədə Kolaçekin “Alman aylığı”nda yerləşdirilən bir sıra gözəl, iri həcmli
məqalələrində o incəsənət məsələləri ilə bağlı mənimlə həmfikir olduğunu bildi-
rirdi. Bundan başqa, o məni musiqi mövzuları və formalarının qurulması ilə bağlı
hələ çap olunmamış sırf nəzəri əsəri ilə tanış etdi. Bu əsər həm onun baxışları-
nın orijinallığını, həm də Motsart və Bethoven üsulları ilə əsaslı tanışlığı, xüsusən
də, onlar üçün hədsiz səciyyəvi olan qarşılıqlı ziddiyyət nöqtəsini əks etdirirdi.
Mükəmməl tamlığı və dəqiqliyi ilə o, ali musiqi formalarının yeni nəzəriyyəsi üçün
əsas ola bilərdi. Bu nəzəriyyə Bethovenin ən sirli üsullarına işıq salırdı və gələcək
inkşafı zamanı tam bir sistemə çevrilə bilərdi. Bu istedadlı gəncin məqalələri haq-
lı olaraq “
Neue Zeitschrift für Musik”
in naşiri Frans Brendelin diqqətini çəkdi. Bu
nəşrə əməkdaş qismində dəvət alan Uliq, Brendeli son vaxtlaradək bulunduğu
qətiyyətsiz mövqedən asanlıqla çəkindirdi. Vicdanlı və ciddi baxışlara malik bu
adamı o, artıq musiqi dünyasının diqqətini cəlb etməyə başlayan yeni adlandırılan
istiqamətə cəlb etməyi bacarmışdı. Və o nəhs məqaləsini jurnala verməyi zəruri
hesab edirdi. Mən yaxşı səslənməyən, “yəhudi melizmi”, “sinaqoq musiqisi” və
bu kimi başqa, boş təhrikçiliyin əlində silah olan bəzi ifadələrin tez-tez işləndiyini
sezdim. Müasir yəhudilərin musiqi sahəsində əhəmiyyəti, ümumiyyətlə, on-
ların musiqiyə təsiri məsələsini daha dərindən araşdırmaq və ümumiyyətlə, bu
təzahürün səciyyəvi özəlliklərini qeyd etmək istərdim. “Musiqidə yəhudilik” adlı
kifayət qədər genişməqaləmdə bunu əslində etmişəm.Müəlliflikdən imtina etməyə