411
Rixard Vaqner
Mənim həyatım
hazırlaşmasam da, onun altına məhz təxəllüslə imza atmağı məqsədəuyğun he-
sab etdim. İstəmirdim ki, çox ciddi yanaşdığım məsələ şəxsi haqq-hesab çəkmək
üçün bəhanəyə çevrilsin və məqalənin əsl dəyərinə kölgə düşsün. Bu məqalənin
yaratdığı səs-küy, onun oyatdığı dəhşət sözlə ifadəyə gəlmir. Mətbuatın bütün
həyəcanı, Avropa qəzetlərinin mənim əleyhimə hələ də yol verdikləri inanılmaz
düşmənçilik yalnız o adam üçün anlaşılandır ki,o adam mənim məqaləmlə ta-
nış olub, onu xatırlayanlar bilirlər ki, bütün Avropa qəzetləri də istisnasız olaraq
yəhudilərin əlində cəmləşmişdi. Amma bu amansız nifrət və böhtanın səbəblərini
mənim nəzəri və ya praktik baxışlarımla, ya əsərlərimlə razılaşmamaqda axtarmaq
istəyənlər yanılacaqlar. Bu məqalənin ortaya çıxması kəskin hiddətə səbəb oldu və
bu hiddət heç bir günahı olmayan, məsələnin bir o qədər də fərqində olmayan
Brendelə yönəldi. Onu təqib etməyə və ölümlə hədələməyə başladılar. Məqalənin
bilavasitə nəticələrindən biri də bu oldu ki, Listin sayəsində mənə mərhəmətlə ya-
naşan azsaylı adamlar da bundan sonra yeni taktika seçdilər, əvvəlcə üzərimdən
sükutla keçirdilərsə sonradan isə hətta mənə düşmən mövqeyə keçdilər. Öz ma-
raqları onları mənə nifrət nümayiş etdirməyə vadar edirdi, əvəzində Uliq daha
çox sadiqlik və qətiyyətlə mənim tərəfimi tuturdu: o, Brendelə ruhdan düşməyə
imkan vermir, gah ciddi, gah da məzəli və dəqiq yazıları ilə qəzetdə ona kömək
edirdi. O, Kölndə Ferdinand Gillerin öz tərəfinə çəkdiyi cənab Bişofu dərhal özünə
rəqib seçdi. Bişof mənim və mənim tərəfdarlarım üçün “gələcəyin musiqiçiləri”
ləqəbini düşünüb tapmışdı. Uliq bu cənabla uzun və kifayət qədər əyləncəli po-
lemikaya girdi. Beləliklə, “gələcəyin musiqisi” problemlərinin əsası qoyuldu və
bu problemlər Avropa qalmaqalı səviyyəsinədək böyüdü. List özünəxas geniş
ürəklə “gələcəyin musiqiçisi” adını üzərinə götürdü və onu qürurla daşımağa
başladı. Əlbəttə, kitabıma “Gələcəyin incəsənəti” adı qoymaqla mən özüm isteh-
zalara əsas vermişdim. Amma bu söz, “Musiqidə yəhudilik” məqaləm bütün qəzəb
arxlarını mənim və dostlarımın üzünə açandan sonra mübarizə nidasına çevrildi.
Opera və dram” kitabım həmin ilin yalnız ikinci yarısında işıq üzü gördü. Nüfuzlu
musiqiçilərin diqqətini üzərinə çəkə biləcəyindən, görünür, o da mənə ümumi nifrət
hücumlarına səbəb oldu. Elə o zamandan bəri bu təqiblər daha çox gizli fitnə və böh-
tan xarakteri aldı. Bütün hərəkatı bu cür işlərin ustası olan Meyerber planlı şəkildə
idarə edirdi. O, hətta öz əcəli ilə ölənədək mənə qarşı intriqalara rəhbərlik etdi.
13
Mətbuatda tüğyan edən açıq qəzəbin ilk günlərindəcə Uliq mənim “Ope-
ra və dram” əsərimlə tanış oldu. Mən ona əlyazmanın orijinalını hədiyyə etdim,
əlyazmanın nəfis, qırmızı üzlüyü olduğundan ağlıma gəldi ki, Hötenin “Sera,