Rixard Vaqner
Mənim həyatım
412
dostum, hər cür nəzəriyyə” ifadəsini “Dostum, mənim nəzəriyyəm qırmızıdır”
şəklinə salıb ona ithaf edim. Bu münasibətlə hər şeyə dərhal və hazırcavablıqla
reaksiya verə bilən gənc dostumla aramızda mənim üçün xeyli xoş və səmərəli ya-
zışma başladı. Nəticədə, ikiillik ayrılıqdan sonra mən səmimi qəlbdən onu görmək
istədim. Yenicə kamera musiqiçisi təyin olunan yoxsul skripkaçı üçün dəvətimi
qəbul etmək çox çətin idi, amma o, bütün çətinlikləri dəf edərək gəlişiylə bağlı məni
məlumatlandırdı. Səfər iyulun ilk ongünlüyünə təyin olunmuşdu.Onu qarşılama-
ğı qərara aldım və Boden gölü sahilində, Rorşaxda gözlədim və oradan İsveçrəni
gəzintiyə çıxıb Sürixə qədər birgə getməyi qərara aldım. Köhnə, ənənəvi üsulla -
piyada yola çıxdım, qəsdən yolumu Togenburqdan saldım. Sevincək San-Qallenə
çatdım, orada Bülov gedəndən bəri tək yaşayan Karl Ritteri ziyarət etdim. Mən
onun təkliyə çəkilmısinin səbəblərini hiss edirdim, halbuki, o mənə san-qallenli
musiqiçi Qreytellə xoş tanışlıq barədə danışdı, Qreytel sonra tezliklə üfüqdən itdi.
Piyada, əziyyətli yolçuluğuma baxmayaraq, xeyli dərəcədə savadlı və həssas dos-
tuma hələ heç kəsə oxumadığım “Gənc Ziqfrid” poemasını oxudum. Onda ya-
ratdığım təəssürat məni sevindirdi və özüm də yaxşı ovqatda olduğumdan, onu
guşənişinliyini pozub, mənimlə Uliqi qarşılamağa getməyə əmin etdim. Sonradan
üçlükdə yüksək Sentisi aşıb, Sürixə yollanacaq və orada xeyli qalacaqdıq.
Mənə yaxşı tanış olan Rorşax limanında düşən kimi qonağıma ilk baxışda
onun səhhəti ilə bağlı ciddi narahatlıq keçirdim. Onun vərəmə meyilliyi hiss olu-
nurdu. Uliqi incitməmək üçün dağlara qalxmaq fikrindən imtina etmək istədim.
Amma o, ehtirasla bu plana əməl etməyimizi istədi, əmin etdi ki, təmiz havada
gəzinti onun üçün əziyyətli skripkaçı işindən sonra əsl istirahət olacaq. Apentsel-
leri keçib üçlükdə yola davam etdik, yüksək Sentis dağından keçən kifayət qədər
çətin aşırımı qalxmalı olduq. İlk dəfə idi ki, yayda uzun-uzadı qarlı sahəni ke-
çirdim. Biz sıldırım yüksəklikdə bələdçi-çobanın komasında düşərgə saldıq, çox
kasıb yeməklə toqqamızın altını bərkitdik. Qərara aldıq ki, dağın zirvəsindəki
sıldırım yamacla qalan yüz addımlıq məsafəni keçək. Buradaca Karl bizim arxa-
mızca gəlməkdən imtina etdi. Onun qorxusunu dəf etmək üçün mən bələdçini
geri göndərdim, bələdçi onu az qala zorla bizim yanımıza gətirdi. Dik qaya ya-
macı ilə qalxarkən anladım ki, Karlı bu təklükəli dağ səfərinə nahaq yerə cəlb
eləmişəm. Görünür, başgicəllənməsi ona düşünməyə imkan vermirdi. Onun ba-
xışları tərpənmədən ənginliyə dikilmişdi, sanki, heç nə görmürdü. Onu əhatəyə
alıb, əl ağaclarımız vasitəsilə Karla dayaq verməli olduq. Hər dəqiqə onun yıxılıb,
aşağı yuvarlanacağından ehtiyat edirdik. Yüksəkliyə çatanda o, yerə yıxıldı, huşu-
nu tamamilə itirdi və mən üzərimə nə qədər böyük məsuliyyət götürdüyümü an-
ladım: axı, biz geri qayıtmalıydıq, bu isə daha təhlükəli idi. Dəhşət içərisində mən
öz təhlükəsizliyimi unutdum. Artıq təxəyyülümdə dostumu uçurumda uzanmış,
başı bədənindən ayrılmış vəziyyətdə görürdüm. Nəhayət, biz sağ-salamat ko-