413
Rixard Vaqner
Mənim həyatım
maya qayıtdıq. Uliqlə mən, dağın sıldırımlı qarşı yamacından enməyi düşünür-
dük, bələdçinin fikrincə, bu təhlükəli idi, mən yenicə yaşadığım izahatagəlməz
dərəcədə dəhşətli qorxunun təsiri altında Karlı komada gözləməyə inandırma-
ğa başladım. O, burada bələdçinin gəlişini gözləməli, sonra onunla birgə bizim
gəldiyimiz təhlükəli yolun əks istiqamətində enməli idi. O, San-Qallenə qayıtmalı
olduğu üçün ayrıldıq. Biz gözəl Toggenbur vadisinə endik, səhərisi Rappersvilə
və Sürix gölünə tərəf döndük. Yalnız bir neçə gün sonra Karlla bağlı narahatlığımı-
za son qoyuldu. O, sağ-salamat Sürixə çatmışdı. Biz bir müddət burada bir yerdə
qaldıq. Sonra o, yenidən çıxıb getdi. Olsun ki, dağlara yeni gəzintiylə bağlı növbəti
planlarımızda iştirak etmək cazibəsinə uymaqdan ehtiyat etdi. Sonra öyrəndim
ki, o, uzun müddətə Ştutqartda məskunlaşıb. Görünür, onun tezliklə dostlaşdığı
cavan aktyorun mühitində yaşamaq ona xoş idi.
14
Öz növbəmdə mən də eyni zamanda həm həlim, həm də mərd, hədsiz is-
tedadlı drezdenli gənc kamera musiqiçisi ilə səmimi münasibətlərdən zövq alır-
dım. O, sarışın, qıvrımsaç başı və gözəl mavi gözləri ilə arvadımda qeyri-adi
təəssürat yaradırdı. Sanki bizim evdə mələk peyda olmuşdu. Onun xarici görü-
nüşü və taleyi mənə ikiqat maraqlı və həyəcanlandırıcı gəlirdi, Uliq o zaman hələ
sağ olan himayədarım Sakson kralı Fridrix Avqusta qeyri-adi dərəcədə oxşayırdı
və görünür, bu, Uliqin kralın qeyri-qanuni oğlu olması barədə eşitdiyim şayiələri
təsdiqləyirdi. Ondan Drezden, teatr, oradakı musiqi işləri barədə məlumat al-
maq maraqlı idi. O vaxtadək teatrın fəxri hesab olunan operalarımı repertuardan
tamamən çıxarmışdılar. Uliq keçmiş yoldaşlarımın mənim barəmdə rəyləri ilə bağ-
lı yaxşı şeylər danışdı: yenicə çap olunmuş “İncəsənət və inqilab” və “Gələcəyin
incəsənəti” məqalələrim tənqid olunanda həmkarlarımdan biri demişdi: “Yenidən
kapelmeysterliyədək o hələ çox gözləməli olacaq”. Musiqidəki uğurların xarakteri
ilə bağlı o mənə maraqlı bir faktı açıqladı: sən demə, bu yaxınlarda mənim də et-
diyim kimi, A-dur simfoniyasına dirijorluq edən Reysiger çətin vəziyyətdən belə
bir çıxış yolu tapıb; məlum olduğu kimi, Bethoven sonuncu hissənin güclü yekun
inkişafını bütünlükdə “
forte
ilə aparır və onu
sempre piu forte
yə çatdırır; bu sim-
foniyanı mənədək idarə edən Reysiger onu “piano” ilə aparmağı və yalnız sonda
crescendo
ya çatdırmağı münasib bilirdi ki, əlbəttə, mən dərhal onun göstərişlərini
dəyişdim və orkestrə mümkün qədər güclü ifa etməyi tapşırdım; və indi dirijorluq
yenidən mənim sələfimin əlinə keçən kimi o, bu bədnam
piano
nu bərpa etməyi
lazım bilibsə də, özünün gözdən düşmüş nüfuzunu necəsə xilas etməliydi deyə
forte
ni
mezzo forte
ilə əvəzləməyə göstəriş verib.