Rixard Vaqner
Mənim həyatım
414
Operalarıma tam etinasız münasibətlə bağlı xəbər məni çox məyus etdi, on-
ların nəşri sarayın musiqi təchizatçısı Mezerin əlində idi. O, özünü pis vəziyyətə
düşmüş qurbanlıq quzuya bənzədirdi. Heç bir cüzi gəlir götürmədiyi halda, pul
xərcləməli olduğundan şikayətlənirdi. Bununla belə, Mezer hesab kitablarını kənar
nəzərlərdən ciddi-cəhdlə qoruyur, iddia edirdi ki, bununla mənim mülkiyyətimi
qoruyur, əks halda, bu mülkiyyətin və eləcə də, qalan bütün əmlakımın üzərinə
dərhal həbs qoyulacaqdı. “Loenqrin” barədə nisbətən sevindirici xəbərlər vardı:
dostum klaviraussuqu bitirmişdi və artıq onun korrekturası ilə məşğul idi.
15
Tezliklə Uliq su ilə müalicənin yeni metodları barədə xəbərlə məni dərindən
maraqlandırdı, o özü bu üsula ehtiraslı maraq göstərirdi. O, mənə Rausse adlı biri-
nin su ilə müalicə barədə kitabını verdi, onun Feyerbaxı xatırladan ideyalarının ra-
dikalizmi mənə özünəməxsus məmnunluq gətirdi. Bütün şarlatan dərmanları ilə
birgə tibb elminin tamam-kamal və cəsarətli inkarı, adi və təbii müalicə vasitəsinin
tərifi, möhkəmləndirici və saflaşdırıcı suyun düzgün istifadəsi tezliklə mənim si-
mamda özünə ehtiraslı tərəfdar tapdı. Kitabda iddia olunurdu ki, dərman yalnız
orqanizmə tərkibindəki zəhər qədər təsir göstərə bilər və deməli orqanizmdə as-
similyasiya olunmur. Daimi dərman istifadəsi üzündən orqanizmi zəhərlənən
adamların məşhur Preynis tərəfindən müalicə olunması halları məlumdu. O,
orqanizmdəki zəhəri tamamilə kənarlaşdırır, onlar məsamələrdən çölə ifraz olu-
nurdu. Dərhal mənim yadıma ötən yaz iradəm xilafına qəbul etdiyim kükürd van-
naları düşdü. Düşünürdüm ki, bitmək bilməyən möhkəm əsəbiliyim bu müalicə
ilə bağlıdır və görünür, belə düşünməyə əsasım vardı. İndi isə orqanizimimi so-
nuncu və ümumiyyətlə, daha əvvəllər qəbul etdiyim zəhərli maddələrdən azad
etmək barədə fikirləşirdim, ümid edirdim ki, istisnasız olaraq su ilə müalicə
nəticəsində özümü ilkin insanın sağlamlığına qaytara biləcəyəm. Bu yeni ideya-
ya qızğınlıqla aludə olmuşdum. Uliq özü əmin edirdi ki, su ilə müalicə üsuluna
dəqiq əməl etməklə öz səhhətini möhkəmləndirməyə çalışır. Mənim də bu üsu-
la inamım günü-gündən artırdı. İyunun sonlarında biz İsveçrənin orta hissəsini
gəzməyə qərar verdik. Firvaldşted gölü sahilindəki Brunnendən Bekkenriddən
keçməklə Engelberqədək getdik və orada sərt Sureneneki aşdıq, özü də qarda
sürüşdüyümüzdən, çətin hərəkət edirdik. Dağ çaylarından birini keçərkən Uliq
təsadüfən suya düşdü. Mən onun soyuqlayacağından qorxdum. Amma o məni
əmin etdi ki, bu, yalnız su ilə müalicədə tövsiyyə olunan soyuq vannadır. Üst və alt
paltarlarını qurutmaq zərurəti onu qəti narahat etmirdi: onları sakitcə günəşə sarı
asdı, özü isə çılpaq vəziyyətdə təmiz havadaca gəzməyə başladı. Onun sözlərinə