415
Rixard Vaqner
Mənim həyatım
görə, bu, çox xeyirli gəzinti idi. Bu arada biz onunla Bethovendə mövzuların qu-
rulması barədə söhbət elədik. Uliqi, heç olmasa, bir anlıq da olsun, karıxdırmaq
üçün, zarafatca drezdenli müşavir Karusun öz dostları ilə yaxınlaşdığını gördü-
yümü dedim. Beləcə, şən əhval-ruhiyyədə biz Attinqqauzen yaxınlığındakı Reuss
vadisinə yaxınlaşdıq və axşamadək Amşteqə çatdıq, səhərisi möhkəm yoruldu-
ğumuza rəğmən, Maderan vadisinə yola düşdük. Sonra biz Hüriqletçerə çatdıq,
oradan Todiyədək bütün ətraf dağlara nəzər sala bilərdik. Elə həmin gün Amşteqə
qayıtdıq, özümüzü yorğun hiss edirdik. Dostumu səhərisi gün Şehen vadisindəki
Klauzen dərəsinə gəzintiyə çıxmaq niyyətindən yayındıra bildim və biz Flüellen
vasitəsilə sakitcə evə qayıtdıq. Mənim həmişə sakit və xeyli dərəcədə təmkinli
gənc yol yoldaşım, sanki, bu səyahətdən, az da olsa, yorulmamışdı. Avqustun
əvvəlində o, Drezdenə qayıtmağı düşünürdü, orada müdiriyyətdən dram teatrı
orkestrinin antraktlarında dirijorluq etməyə dəvət alacağına ümid edirdi. Bu işi o,
özünəxas bədii zövqlə etməyi və beləliklə, opera skripkaçısı kimi yorucu və azğın
işdən canını qurtarmağı düşünürdü. Amma onu dilicansa tərəf ötürəndə qəlbimi
dəhşətli qüssə bürüdü. Görünür, onun də qəfil ürəyi sıxılmışdı. Həqiqətən də, biz
sonuncu dəfə görüşürdük.
Biz onunla canlı yazışma aparırdıq. Onun məktubları mənim üçün həmişə
xoş və maraqlı olduğundan, bu, uzun müddət mənimlə xarici dünya arasın-
da yeganə ünsiyyət oldu, bu səbəbdən də ondan mənə tez-tez yazmasını xa-
hiş edirdim. O zaman məktub üçün ödəniş xeyli baha idi və bizim irihəcmli
müraciətlərimiz cibimizə təsir edirdi. Uliqin ağlına yazışma üçün göndəriş aparan
poçtdan istifadə etmək kimi dahiyanə fikir gəldi. Amma bu yol yalnız ağır çəkili
ğöndərişlər üçün idi, buna görə də, Uliq, Bomarşenin “Fiqaro” əsərinin almancaya
tərcüməsinin köhnə nüsxəsindən istifadə edirdi. O, bizim yazışmalar üçün tarazlı-
ğı gözləyən ballast rolunu oynayırdı və bizimlə irəli-geri səyahət edirdi. Hər dəfə
bizim bağlamalar lazım olan həddədək ağırlaşanda bir-birimizə xəbər verirdik ki,
Fiqaro” bu gün yenidən xəbər gətirəcək. Biz ayrılandan sonra üç operaya – “Uçan
hollandiyalı”, “Tanhauzer” və “Loenqrin”in nəşr olunacaq mətnlərinə yazdığım
ön söz – “Dostlarıma müraciət” Uliqin çox xoşuna gəlmişdi. Bu kitabı 10 luidor
qonorara çap edən Hertel qəfildən müqəddimənin bəzi yerlərinə etiraz etdi, guya,
bu hissələr onun mömin düşüncələrini və dövləti təhqir edirdi. Amma tezliklə
Hertellə barışdım, çünki bəzi yerləri dəyişdirəcəyimə söz verdim. Uliq bu məzəli
epizod barədə xəbər tutanda xeyli gülmüşdü.