Rixard Vaqner
Mənim həyatım
416
16
Ümid edirdimki, bütün avqust boyuməni məşğul edən bu geniş müqəddimə
ilə ədəbi sahədə çıxışlarıma son qoyulacaq. Amma Veymar üçün vəd etdiyim
Gənc Ziqfrid” barədə ciddi düşünməyə başlayanda məni bu işə əsl nifrət oya-
dan ağır şübhələr yaxaladı. Ruhi vəziyyətimin səbəblərini heç cür anlamırdım
və bunu istisnasız olaraq xəstəliklə əlaqələndirməyə meylli idim. Buna görə
də gözəl günlərin birində bir zamanlar şövqlə qəbul etdiyim su ilə müalicənin
praktik gerçəkləşdirilməsinə başlamağa qərar verdim və yaxınlıqdakı hidropatik
müəssisələr barədə məlumat toplamağa başladım. Arvadıma üçsaatlıq məsafədə
yerləşən Albisbrunnenə yollanacağımı və özümü sağlam hiss edənədək orada
qalacağımı deyəndə sentyabrın ortaları idi. Bu xəbər Minnanı çox qorxutdu, o,
buna mənim tərəfimdən evdən qaçmağa yeni bəhanə kimi baxmağa hazır idi.
Onun şübhələrini aradan qaldırmaq üçün xahiş elədim ki, mən qayıdanadək bi-
zim yeni, amma çox kiçik, yaxşı yerdə yerləşən mənzilimizi daha rahat vəziyyətə
salsın. Bu mənzil Seltveqdə, Eşerin ön binasının aşağı mərtəbəsində yerləşirdi,
əvvəlki mənzilimiz qışda yaşamaq üçün əlverişsiz idi və üstəlik, biz şəhərə qa-
yıtmağı qərara almışdıq. Əlavə etmək lazımdır ki, mənim planım təkcə arvadımı
təəccübləndirmədi: belə gec vaxtda su ilə müalicə barədə fikirlərimə ətrafda çox
adam anlaşılmazlıqla baxırdı. Bununla belə, nə zamansa Şreder-Devrienə yaxın
olmuş Herman Müllerin qismində tezliklə özümə həmdərd tapdım. O, yaxşı oğlan
və ünsiyyətcil həmsöhbət idi. Herverqdə tapa bilmədiyimi onda tapdım. Müller
əvvəllər sakson ordusunda leytenant kimi xidmət etmişdi, amma sonra istefaya çıx-
mağa məcbur oldu və Almaniyada işə düzəlmək imkanı olmadığından, İsveçrəyə
gəlmişdi ki, burada sərbəst şəkildə gələcək həyatı və məşğuliyyəti barədə planları-
nı yenidən düşünə bilsin. Özü demişkən, siyasi mühacir olmasa da, gözdəndüşmüş
bu vətənpərvər Sürixdə geniş hörmət qazana bilmişdi. Mənim Drezdendə oldu-
ğum müddətdə Müller mənimlə canlı ünsiyyət saxlayırdı, İsveçrəyə gəlişimdən
sonra isə məni evimdə tez-tez ziyarət edir, ailəvi dost kimi arvadımın da hörmətini
qazanmışdı. Ona əziyyət verən xəstəlikdənmüalicə alması üçün bir neçə gün sonra
mənimlə Albisbrunnenə getməyə asanlıqla inandıra bildim. Albisbrunnendə oldu-
ğum müddətdən dərhal səmərəli nəticə əldə etməyi qərara aldım, doktor Brunner
adlı şəxsin rəhbərlik etdiyi müalicəxanada mümkün qədər rahat yer tapmağa ça-
lışdım. Brunner və ya Minnaın sözlərilə desək, “su yəhudisi” – arvadım ziyarətləri
ərzində ona səmimi qəlbdən nifrət etməyə imkan tapmışdı – şablon və səthi müalicə
üsullarından istifadə edirdi. Səhər saat 5-də tərlətmə məqsədi güdən sarıma vaxtı
başlayırdı. Bir neçə saat sonra məni soyuq vannaya salırdılar. Sonra temperatur
müsbət dörd dərəcəyə artırılırdı, bundan sonra isinmək üçün təmiz payız havasın-