417
Rixard Vaqner
Mənim həyatım
da sürətlə gəzmək lazım idi. Müalicəxanada sərt “su dietası” hakim idi, şərab, kofe
və çay tamamilə qadağan idi. Masa arxasında sağalmaz xəstələrin dəhşət aşılayan
cəmiyyətində oturmalı idin, axşamlar isə darıxdırıcı vaxtı öldürmək üçün yalnız
vist oyunu ilə xilas olmaq mümkün idi. Üstəlik, hər cür əqli əməyi istisna edən
bu cür şərait tədricən gərginliyi artırır və əsəbləri hədsiz qıcıqlandırırdı. Doqquz
həftə ərzində səbr etdiyim və gözlənilən radikal sağalmayadək dözməyə hazır ol-
duğum həyat bundan ibarət idi. İndi şərabı həddən artıq ziyanlı hesab etdiyimdən,
Zultserin içki məclislərinin fəaliyyətini zəiflətmək istəyirdim: ümid edirdim ki,
sarğıların yaratdığı tərləmə nəticəsində orqanizmimdəki mənimsənilməsi ya-
rarsız maddələr bədənimdən çıxacaq. Bu zaman mənim təxəyyülüm əsasən bir
məsələnin üzərində cəmlənmişdi: özümü sərbəst və həvəslə bədii yaradıcılığa
vermək üçün ev necə qurulmalıdır? Məsələ burasındadır ki, İçveçrə pansionları-
nın yoxsul otaqları, oradakı möhkəm ağacdan mebellər və onların ümumi meş-
şan düzülüşü rahat, səliqəli şəraitlə ziddiyyət şəkil etdiyindən məndə istisnasız
qüssə oyadırdı. Bu qüssə getdikcə məndə ehtiras halını alır və ildən-ilə güclənirdi.
17
Bu arada yaxın gələcəkdə maddi durumumun yaxşılaşması imkanı yaranır-
dı. Bədbəxtlikdən, Karl Ritter Ştutqartdan qorxu içərisində su ilə müalicəyə cəhd
göstəməsindən yazırdı, amma o vannalardan istifadə etmir, daxilə mümkün qədər
çox su qəbul edirdi. Amma indi mənə məlum oldu ki, öz-özünə, qalan müalicə
olmadan suyu çox qəbul etmək çox fəlakətli ola bilər və Ritterdən düzgün tibbi
rejimə əməl etməsini və dərhal Albisbrunnenə yanıma gəlməsini tələb etdim. Na-
rahatlıq olacağını nəzərə alıb, paxıllıq eləmədim. Karl dərhal mənə qulaq asdı və
mənim heyrətimə rəğmən, bir neçə gün sonra Albisbrunnenə gəldi. Hidropatiyaya
əvvəlki şövqlə yanaşırdı, amma pratik tətbiqi zamanda bu onun tez bir zamanda
zəhləsini tökdü. Karl tezliklə soyuq südə üsyan etdi, onun gec həzm olunduğunu
bildirdi, iddia etdi ki, təbii baxımdan, ana südü kimi, hər cür südü, istisnasız ola-
raq, isti-isti içmək lazımdır. Sarğı və soyuq vannaları həddən artıq qıcıqlandırıcı
hesab edirdi. Ümumiyyətlə, o, doktordan gizlicə özü üçün daha xoş rejim yarat-
mışdı. Yaxınlıqdakı kənddə Karl yetərincə bərbad bir qənnadı sexi tapmışdı və
oradan müalicəxanada yol verilməyən şirniyyatlar alırdı. Onu “suç üstə” yaxala-
yanda həqiqətən hirslənirdi. Tezliklə, o, sıxıntı çəkməyə başladı, amma heysiyyəti
ona ağır olan bu vəziyyətdən çıxmağa imkan vermədi. Burada, Albisbrunnendə,
Karl qəfildən zəngin əmisinin öldüyü xəbərini eşitdi, o, Ritter ailəsinin hər üzvünə
iri məbləğ vəsiyyət etmişdi. Karlın anası məni və oğlunu maddi vəziyyətinin
düzəldiyindən xəbərdar edir, məktubunda bildirirdi ki, Losso və Ritter ailələrinin