Rixard Vaqner
Mənim həyatım
418
vaxtilə mənə vəd etdikləri maddi yardımı müntəzəm göndərəcək vəziyyətdədir.
Beləliklə, mən nə vaxt istəsəm, illik 800 taler gəlirə ümid edə bilərdim.
Taleyin bu cür dönüşü mənə gümrahlığımı və sevinc hissini qaytardı.
Qəlbimdə “Nibelunqlar”ın ilkin layihəsinin işlənib hazırlanması ilə məşğul ol-
maq qərarı yetişdi, bizim teatrların əsərimin bəzi ayrı-ayrı hissələrinin öhdəsindən
necə gələcəyi barədə düşünmürdüm də. Amma işə başlamazdan əvvəl mən Vey-
mar teatrının müdiriyyəti qarşısında götürdüyüm öhdəliklərdən azad olmalı idim,
onlardan artıq 200 taler məbləğində qonorar almışdım. Karl sevinirdi ki, Ver-
marla üzülüşmək üçün mənə dərhal bu məbləği verə bilər. Pulları geri göndərib,
müdiriyyətə mənə göstərdikləri xoş münasibətə görə minnətdarlıq etdim. Bundan
başqa, Listə ayrıca məktub yazdım, ona öz ideyamı və məni onu həyata keçirməyə
vadar edən səbəbləri geniş izah etdim. List mənə sevinclə cavab verdi ki, mənim in-
diki vəziyyətim belə bir nəhəng işlə məşğul olmağa imkan verir. O hesab edirdi ki,
haqqında danışdığım plan, heç olmasa, qeyri-adiliyinə görə mənim adıma layiqdir.
İndi mən, həqiqətən də, azad nəfəs ala bilərdim: dərhal “Gənc Ziqfrid”i yazıb, onu
təcili teatrda (hətta bu teatr Almaniyanın ən yaxşı teatrı olsa belə, onun yetərincə
hazırlanmış qüvvəsi yox idi) səhnələşdirməyə borclu olmağım kimi mənə əzab
verən fikir qeybə çəkilmişdi. Əvvəllər bu fikir mənə rahatlıq vermirdi, çünki “Gənc
Ziqfrid”lə bağlı hər şey indi mənim özümə münasibətdə də yalana bənzəyirdi.
18
Su müalicəxanasında sonrakı müddət getdikcə daha böyük əziyyətə çevri-
lirdi. Mən işə can atırdım, amma bununla Albisbrunnendə məşğul olmaq müm-
künsüz idi və bu şərait məndə güclü əsəb yaradırdı. Yalnız tərsliyimdən etiraf et-
mirdim ki, müalicə öz məqsədinə çatmayıb, əksinə, mənə daha da pis təsir edib:
radikal bərpa baş vermədi, əvəzində dəhşətli dərəcədə arıqladım. Qərara gəldim
ki, bu nəticə ilə kifayətlənmək olar və noyabrın sonunda Albisbrunneni tərk et-
dim. Bir neçə gün sonra Müller də mənim kimi etdi. Karl isə müalicəni sonadək
aparmaq istəyirdi, mən ona demişdim ki, müalicə mənə əla təsir eləyib və indi o
bu təsiri öz üzərində görmək istəyirdi. Sürixdə bizim yeni, düzdür, bir az darıs-
qal mənzilimizdəki şərait – böyük, geniş divan, döşəmədə xalça və otaqlara rahat
görünüş verən bir neçə başqa məqam - məni sevindirdi. Yumşaq ağacdan olan
sadə iş masama yaşıl mahud örtük saldım, pəncərələrə yüngül ipəkdən pərdələr
çəkdim, bu, təkcə mənim deyil, ətrafdakıların da xoşuna gəldi. Bu, o zamandan
bəri daim üzərində çalışdığım həmin masadır. Sonradan o mənimlə Parisə , ora-
dan Listin böyük qızı Blandina Ollivyenin evinə köçəcək, qadın onu öz ərinin San-
Tronesdəki mülkünə aparacaqdı, eşitdiyimə görə, bu masa hələ də oradadır.