419
Rixard Vaqner
Mənim həyatım
Mən sürixli dostlarımı evimdə gördüyümə çox sevinirdim, indi geniş
mənzilimdə onlar məni rahatlıqla ziyarət edə bilirdilər. Amma uzun müddət mən
onları özümün ehtiraslı “su pəhrizi” təbliğatımla, şərab və digər narkotik içkilərə
hücumumla bezdirdim. Bundan özümə yeni din yaratmışdım. Düzdür, kimya
və fiziologiya bilikərilə öyünən Zultser və Herveq tez-tez Haussun şərabdakı
zəhərli maddələrlə bağlı təliminin əsassız olduğunu sübut etməklə məni dalana
dirəyirdilər, amma bu zaman mən mənəvi-estetik zəminə keçirdim və göstərirdim
ki, şərabın sərxoşluğu sevginin köməyilə yarana bilən ehtizazlı ovqatın eybəcər
və vəhşi surroqatıdır. Vurğulayırdım ki, biz ifrata varmadıqda belə, şərabda
sərxoşluq, başqa sözlə desək, mənəvi qüvvələrin ekstatik yüksəlişini axtarırıq. Mən
öz arqumentlərimə belə davam edirdim: amma bu cür yüksəlişi onun əsl nəcib
formasında yalnız o adam hiss edə bilər ki, həmin adamın ruhi qüvvələri sevginin
gücü ilə oyansın. Məsələnin belə qoyuluşu məni insanlar arasında müasir seksual
münasibətlərin tənqidinə gətirib çıxarırdı, buna səbəb mənim kişilər və qadınlar
arasında, xüsusən də, İsveçrədə rast gəlinən ziddiyyətlərlə bağlı müşahidələrim
idi. Zultser bunun cavabında bildirdi ki, qadınların sərxoşluq etməsinə pis bax-
mır, amma “onları haradan alaq, oğurlayası deyilik ki?”. Herveq isə, əksinə, hazır
idi, mənim paradokslarımla bir çox hallarda razılaşırdı, amma qeyd etməyi vacib
hesab edirdi ki, şərabın bütün bu məsələlərə dəxli yoxdur və şərab özlüyündə,
Anekreonun da bildirdiyi kimi, sevgi ekstazları ilə əla uyuşan möhkəmləndirici
qida vasitəsidir. Amma tezliklə mənim müstəsna və tərs qəribəliklərim dostları-
ma ciddi təhlükə aşılmağa başladı: onlar mənə nəzər saldıqca, mənim xəstəhal
vəziyyətimdən əmin olurdular. Həqiqətən də, mənim rəngim çox solğun idi,
xeyli arıqlamışdım, inanılmaz dərəcədə az yatırdım və hər şeydən qıcıqlanırdım.
Tezliklə, mən yuxudan ümumiyyətlə məhrum oldum, bununla belə əmin edir-
dim ki, özümü heç vaxt indiki kimi gümrah və yaxşı hiss eləməmişəm. Şaxtalı
qışa rəğmən, səhər erkəndən soyuq vanna qəbul etməyə davam edirdim, sonra
isinmək üçün gəzintiyə çıxırdım. Bu gəzintilər arvadıma əziyyət verirdi: o, əlində
fanar mənim yoluma işıq salmalı olurdu.
19
Belə bir vəziyyətdəykən bir gün “Opera və dram”ın nəşr olunmuş nüxəsini
aldım. Kitab məndə ağrılı bir sevinc yaratdı və mən onu birdəfəyə oxudum. Yaxşı
əhval-ruhiyyəm mənim üçün əziyyətli olan kapelmeyster və opera bəstəkarı kar-
yerasından ayırlmağımı hiss etməyimlə bağlı idi. İndi Minna da mənim yanaşma-
mı müdafiə etməyə borclu idi. Bundan sonra heç kəs məndən iki il əvvəl məni çox
bədbəxt edən şeyə qayıtmağı tələb edə bilməzdi. Ritter ailəsinin mənim gündəlik