Rixard Vaqner
Mənim həyatım
420
yaşayışım və yaradıcılıqla sərbəst məşğul olmağım üçün verdiyi dəstək hazırkı
vəziyyətdə hər şeyə nifrətimi fikrən edə biləcəyim bütün gücüylə ortaya qoyurdu.
Mənim üçün aydın idi ki, indi planları ilə əlləşdiyim işlər müasir yaradıcı möhütlə
hər hansı təması istisna edir. Bununla belə, əsərlərimin praktik əhəmiyyətə malik
olmadığını düşünmürdüm. İncəsənət sahəsində olduğu kimi, sosial həyatımızda
da ümumiyyətlə, əhəmiyyətli, nəhəng dəyişikliyin baş verəcəyinə əmin idim, bu
dəyişiklik mütləq yeni mövcudluq şərtləri, yeni tələblər yaradacaqdı. Ucsuz-bu-
caqsız vüsətlə düşündüyüm əsərlər, ehtimallarıma görə, bu ehtiyacların təmin
olunması üçün lazımi materialı təqdim etməli idi və tez bir zamanda ictimai
həyatın vəzifələrinə incəsənətin yeni yanaşmasını müəyyən edəcəkdi. Dostlarımın
yanında açıq-aydın izhar edə bilmədiyim bu cəsarətli gözləntilərim o zamankı Av-
ropa hərəkatının təsiri altında yaranmışdı. Ötən siyasi hərəkatların ümumi uğur-
suzluğu məni yolumdan qətiyyən çəkindirmirdi. Əksinə, bu hərəkatların gücsüz-
lüyü yalnız onların ideya mahiyyətinin tam aydın anlaşılmaması ilə izah olunur-
du, bu mahiyyət uyğun sözlərlə ifadə olunmamışdı. Bu ideyanın mahiyyətini mən
sosial hərəkatda nəzərdən keçirirdim, siyasi iflasa rəğmən, bu hərəkat öz enerji-
sini itirməmişdi, əksinə, daha da güclənmişdi. Ən azı, mən sonuncu dəfə Parisdə
olarkən müşahidə etdiyim faktları belə qiymətləndirirdim. Orada sosial-demokrat
adlanan partiyanın seçiçilərinin toplantısında oldum və bu məndə güclü təəssürat
oyatdı. Toplantı Sen-Deni qəsəbəsində, bu məqsədlə uyğunlaşdırılmış böyük
Sal-
le de la Fraternite
də keçirilirdi və orada altı yüz nəfərə yaxın adam iştirak edirdi.
Kütlənin hər hansı hay-küydən və kəskinlikdən uzaq, layiqli davranışı məndə
yeni partiya barədə xoş təsəvvür yaratdı: özünəəmin və mərkəzləşmiş qüvvə hiss
olunurdu. O zamankı Milli yığıncağın sərt sol qanadına mənsub əsas natiqlərin
çıxışlarındakı qeyri-adi ruh yüksəkliyi və hər sözdə hiss olunan əminlik məni
heyrətləndirdi. Həqiqətən də, hakim qüvvənin müxalifət tərəfə itələdiyi bütün
adamlar bu ifrat sol partiyaya meyillənirdilər. Əvvəllər liberal sayılan ünsürlər
sosial-demokratların proqramlarını açıq-aşkar müdafiə etməyə başlamışdılar. Bu
faktlar əsasında düşünmək olardı ki, yeni partiya, ən azı, Parisdə seçkilərdə çox-
lu güc toplayacaq və respublikanın yeni prezidentinin seçilməsində əhəmiyyətli
rol oynayacaq. Məlum olduğu kimi, gözləntilərim Fransanın ümidlərilə üst-üstə
düşürdü və beləliklə, 1852-ci il özü ilə köklü dəyişiklik gətirməli idi. Gözlənilən
hadisələrdən qorxuya düşən hakim mürtəce partiya da məsələlərə bu cür yanaşır-
dı. Digər Avropa ölkələrində kiçik ictimai etirazların yatırılması zamanı istifadə
olunan yersiz amansızlıq isə gözləməyə əsas verirdi ki, yaranmış vəziyyət uzun
müddət davam edə bilməz. Hər yerdə yaxın ildə gözlənilən dəyişikliyin gərgin
intizarla gözləndiyi hiss olunurdu. Uliqlə hidropatiyanın üstünlüklərini müzakirə
etməklə yanaşı, mən, o zaman Avropanın yaşadığı bu vacib məqamdan da söz
açırdım. Drezdendəki yerli orkestr məşqlərindən mənim yanıma gələn Uliq