421
Rixard Vaqner
Mənim həyatım
bəşəriyyətin taleyinin əsaslı şəkildə dəyişəcəyi ilə bağlı bu cəsarətli ümidlərin
bir o qədər də əsaslı olmadığını düşünürdü. O məni əmin edirdi: “Siz təsəvvür
edə bilməzsiniz ki, insanlar necə yazıqdırlar!” Amma sonunda onu öz inamımla
o qədər yoluxdurdum ki, artıq o da mənimlə birgə 1852-ci ilə böyük imkanlara
malik məqam kimi yanaşmağa başladı. Əvvəlkitək səylə “Fiqaro” ilə müşayiət
olunan yazışmalarımızda biz bir neçə dəfə bu mövzuya qayıtdıq. Hansısa rəzaləti
müzakirə etmək lazım gələndə mən bütün ümidlərimi bağladığım bu müqəddəs
zamanı Uliqə mütləq xatıladırdım. Bununla yanaşı, mən belə bir fikirdə idim ki,
biz bir müddət çoxdandı gözlənilən dəyişikliyin gedişini sakitcə müşahidə etməli,
sonrasa başqaları nə edəcəklərini bilməyəndə özümüz hərəkatda iştirak etməliyik.
Ümidlərimin nə dərəcədə ciddi olduğunu deyə bilmərəm. İstənilən halda, son-
radan əmin oldum ki, bütün bunlarda gündən-günə güclənən əsəbiliyim bö-
yük rol oynayıb. İlk dəqiqələrdə Parisdə 2 dekabr dövlət çevrilişi ilə bağlı xəbər
mənə tamamilə inanılmaz göründü. Amma xəbər təsdiqlənəndə, görünür, əvvəl
tamamilə mümkünsüz görünən şey uzun müddətə möhkəmləndi və sanki, sir-
rin açılması gözümdə əhəmiyyətini itirdi, mən bu müəmmalı dünyanı anlamaq
arzumdan laqeydliklə imtina etdim. Dumanlı xatirələrimizlə zarafat kimi Uliqə
1852-
ci ilin hələ qədəm qoymadığını düşünməyi və məktublarımızı 1851-ci il de-
kabr tarixilə imazlamağı təklif etdim. Dekabr bizim üçün olduqca böyük müddətə
uzandı.
20
Tezliklə dərin məyusluq vəziyyətinə düşdüm: bir tərəfdən, Avropa hadi-
sələrinin gedişi, digər tərəfdən, hidropatiyaya həddən artıqmeyl etməyimin zərərli
təsirilə bağlı idi bu. Mənə aydın oldu ki, Avropanın mədəni həyatında yenidən hər
cür qızğın xəyalları (
son illərin sarsıntıları, sanki, bizi
onlardan birdəfəlik xilas etmişdi)
istisna edən ayıq,oyaq təzahürlər bərqərar olmağa başlayır. Mən proqnoz verir-
dim: tezliklə işlər elə pis şəkildə dövr edəcək ki, Haynrix Haynenin hansısa yeni
kitabı oyandırıcı ferment kimi qəbul olunacaq. Bir müddət sonra Haynenin əvvəlki
əsərləri kimi, “
Romansero
bizim bütün jurnallarımızı silkələyəndə xeyli güldüm.
Mən bu kitabın üzünü, bir dəfə də olsun, açmayan azsaylı savadlı almanlardanam,
hərçənd, orada yəqin ki, xeyli məziyyətlər var. Bu arada səhhətim təhlükəli hal al-
mağa başlamışdı, bunun sayəsində sağlamlığıma ciddi diqqət yetirməli və əvvəlki
həyat tərzimi kəskin şəkildə dəyişməli idim. Yeri gəlmişkən, bu dəyişiklik tədricən,
bir az da, dostlarımın xüsusi inadlarının nəticəsi olaraq, baş verdi. Bir müddət Karl
Ritter burada qaldı. O, məndən bir qədər sonra Albisbrunnendən baş götürüb qaç-
mışdı. Karl sonra bir müddət Drezdenə getdi, görünür, Sürixdə öz gənc qüvvəsi