Rixard Vaqner
Mənim həyatım
422
üçün genişlik tapa bilmirdi. Bundan başqa, Sürixdə yeni məskunlaşan Vezendonk
ailəsi də mənimlə görüş üçün imkan gəzirdi. Bu görüş mənim Drezden inqilabın-
dan yaxşı tanıdığım Marşal fon Biberşteynin yanında baş tutdu, o, mən Sürixə
ilk gəldiyim zaman kirayələdiyim
der hinteren Escherhauser
dəki mənzildə qalırdı.
Xatırlayıram ki, həmin axşam mən əsəblərimin həddən artıq gərginləşdiyini hiss
etmişdim. Qonaqlardan biri, professor Ozenbrüklə mübahisəm düşdü, bütün şam
yeməyi boyu ehtiras və inadla müdafiə etdiyim paradokslarla onu cinləndirirdim.
Nəhayət, bu adamda özümə qarşı elə bir nifrət yaratdım ki, həmin axşamdan sonra
hər hansı görüşdən qaçmağa başladı. Vezendonklarla tanışlıq mənim üçün digər
Sürix evlərindən daha sərfəli olan evin qapılarını mənim üzümə açdı. Məndən
iki-üç yaş kiçik olan Otto Vezendonk Nyu-York müəssisələrindən birində kifayət
qədər böyük varidat toplamışdı. Demək olar ki, bütün planlarını o, bir neçə il əvvəl
nişanlandığı gənc xanımı ilə müzakirə edirdi. Onların hər ikisi əslən Aşağı Reyn
bölgəsindən idilər, bu, onların üzlərində zərif cizgi qoymuşdu. İşlərilə bağlı han-
sısa Avropa şəhərində qalmalı olan Vezendonk Lionu Sürixə dəyişmişdi, əsasən
ona görə ki, bura, alman torpaqlarını xatırladırdı. Ötən qış bu cütlük mənim diri-
jorluğumla Bethovenin simfoniyasının səsləndiyi axşam tədbirində olmuşdu. Bu
konsertin uğuru mənə özüm barədə çox şey danışmağa imkan verirdi, bu, gənc
Vezendonklarda məni öz tanışlarının sırasına daxil etmək marağı yaratmışdı.
21
Bu qış mən yeni ildən sonra üç konsertdə iştirak etməyə razılıq verdim.
Şərtim belə idi: mənə gücləndirilmiş orkestrlə maraqlı əsərləri öyrənməyə imkan
versinlər. Bethovenin “Eqmont” uvertürasını yaxşı ifada göstərmək imkanı mənə
böyük sevinc bəxş edirdi. Herveq mənim əsərlərimdən nəyisə dinləmək istəyirdi,
vurğuladığım kimi, ona olan sevgimdən “Tanhauzer” uvertürasını ifa etməyə
qərar verdim və bu münasibətlə mənim musiqimi anlamağa yardım edəcək xü-
susi proqram hazırladım. “Koriolana” uvertürası lap yerinə düşdü, onu da izahe-
dici proqramla təmin etdim. Bütün bunları tanışlarım böyük rəğbətlə qarşıladılar
və bundan xoşhallanıb, doslarımın naminə güzəştə getdim –
Leve
teatrının o za-
mankı direktorunun “Uçan hollandiyalı”nı tamaşaya qoymaq təklifilə razılaşdım.
Buna razılıq verməklə mən başıma bəla açdım, müvəqqəti də olsa, teatr truppa-
sı ilə həddən artıq xoşagəlməz münasibətlər yarandı. Mən bu qərara humanist
mülahizələrdən çıxış edərək razılıq vermişdim: opera öz inkarolunmaz dirijorluq
istedadı ilə mənim rəğbətimi qazanan gənc kapelmeyster Şenekin benefisi olmalı
idi.