423
Rixard Vaqner
Mənim həyatım
Artıq yadırğadığım teatr məşqləri mənə böyük gərginlik bahasına başa
gəldi və onsuz da korlanmış səhhətimi br az da ağırlaşdırdı. Tamamilə heydən
düşəndən sonra həkimlərə kəskin mənfi münasibətimi dəyişdim: Vezendonkun
güclü tövsiyyəsi ilə həkimRan-Eşeruya etibar etdim, o öz canıyananlığı və əsəblərə
sakitcə təsir etmək bacarığı sayəsində məni normal duruma qaytardı.
Mən, heç olmasa, “Nibelunqlar”ın mətnini bitirmək imkanı qazanacaq
qədər sağalmaq istəyirdim. Amma bu iş üçün bütün ruhumu toplamaq lazım idi,
yazadək gözləməyi qərara aldım, hələliksə, bəzi xırda məsələlərlə məşğul olmaq
olardı. Bunlardan biri Listə “Höte cəmiyyəti” barədə çap üçün nəzərdə tutulan
məktub idi, orada özünəməxsus alman teatrı yaratmaqla bağlı fikirlərimi izhar et-
mişdim, bundan başqa, Frans Brendelə göndəriş vardı, orada mən musiqi jurnalı-
nın istiqaməti, tutmalı olduğu yol üzərində dayanmışdım. Eyni zamanda, konsert
vermək üçün Belloninin müşayiətilə Sürixdə Anri Vyetanı ziyarət etdim. Bir za-
man Parisdə olduğu kimi, o, məni və dostlarımı skripkada gözəl ifası ilə məmnun
etdi. Yazın erkən çağlarında gözlənilmədən məni Herman Frank ziyarət etdi, qız-
ğın Avropa hadisələrindən sonra onu gözdən itirmişdim. Elə bu hadisələrlə bağlı
maraqlı söhbətimiz oldu, özü də Frank həmişəki sakitliyilə mənim bu qədər eh-
tirasla Drezden üsyanına qoşulmağıma heyrətini ifadə etdi. Mənim heç bir şey
anlamadığımı görüb, izah elədi ki, məndən bu naqolay hadisələrdə ağılsızcasına
iştirakımdan başqa hər şey gözləyirmiş. Yalnız indi anladım ki, Almaniyada xır-
da məsələ kimi təqdim olunan bu hadisələrə hakim baxış necədir, həqiqəti bərpa
etmək üçün bütün səylərimi səfərbər etdim. Xüsusən yazıq dostum Rekelin üstünə
atılan böhtanı inkar etməkmənə müyəssər oldu – onu qorxaq yaramaz kimi təqdim
edirdilər. Məsələ o yerə çatdı ki, söhbətin sonunda Frank özü də, mənim səmimi
təəccübümə rəğmən, məsələyə başqa cür baxmağa başladı və məlumatlarım
üçün mənə təşəkkür etdi. Mühakimə olunan və əfv edilərək katorqaya sürgünə
göndərilən Rekellə isə zaman-zaman məktublaşırdıq, bu yazışmaların həbsxana
rəhbərliyinin əlindən keçməsi zəruri idi. Rekel öz həbs müddətini o qədər gümrah
və möhkəm keçirirdi ki, özümlə müqayisədə onun daha xoşbəxt olduğunu düşü-
nürdüm. Mən azad idim, amma bütün həyat yollarına ümidimi itirmişdim.
22
Nəhayət, may gəlib çatdı. Yerindən oynamış əsəblərimi sakitləşdirmək üçün
kənddə yaşamağı və nəhayət, yaradıcılıq planlarımı yerinə yetirməyi qərara al-
dım. Hündür dağlarda yeləşən Rinderknext malikanəsində babat ev tapdıq və
mayın 22-də mənim 39 illiyimi gölə və uzaq Alp dağlarına açılan mənzərəsi olan
kənddə, açıq havada nahar etməklə qeyd elədik. Təəssüf ki, tezliklə, demək olar,