Rixard Vaqner
Mənim həyatım
424
bütün yayı davam edən yağışlı havalar başladı və onların əhvalıma pis təsiri ilə
mübarizə aparmaq mənim üçün böyük əziyyət bahasına başa gəldi. Bununla belə,
mən işə başladım. Planlarımı sondan əvvələ doğru gerçəkləşdirdiyimdən, “Ziqf-
ridin ölümü”ndən və “Gənc Ziqfrid”dən sonra “Valkiriya”ya başladım: proloq
qismində “Reyn qızılı”nı verəcəkdim. Belə bir iş metodu ilə iyunun sonlarında
Valkiriya”nın mətnini bitirdim. Yeri gəlmişkən, əlüstü də partituramı Listə ithaf
etdiyimi yazdım, qafiyəli həcvi isə məqalələrini İçsveçrə qəzetlərindən birində dərc
etdirən, “Uçan hollandiyalı”nın savadsız tənqidçisinə həsr etdim. Bundan başqa,
kəndə çəkildiyim vaxtda Georq Herveqlə bağlı xoşagəlməz məsələ ilə qarşılaş-
dım. Günlərin bir günü Madzini dövrünün “roma generalı” kimi tövsiyyə edilən
cənab Qauq adlı bir nəfər yanıma gəldi və “bədbəxt lirikin” bir ailəni möhkəm
təhqir etdiyini bildirdi. O, məni Herverqə qarşı qoymaq istəyirdi, amma bundan
qətiyyətlə imtina etdim. Mənim hörmətli tanışımın böyük qızı Yuliya Ritterin
ziyarəti daha xoş idi. O, bu yaxınlarda drezdenli gənc musiqiçi, səhhəti ilə bağ-
lı Sürixdən bir neçə saatlıq məsafədə yerləşən tanış hidropatın yanında müalicə
alan Kummerə ərə getmişdi. Gənclər bu məsələ ilə bağlı mənə müraciət etdilər və
fürsətdən istifadə edib, bütünlükdə su ilə müalicənin üzərinə hücuma keçdim. Bu,
məni hidropatiyanın qızğın azarkeşi hesab edən cütlüyü karıxdırdı. Muqisiçini öz
taleyinin öhdəsinə buraxdıq və gənc, mehriban və qəşəng tanışımızın bizdə bir az
daha artıq qalmasına ürəkdən sevindik.
Bitməyən soyuq və yağışların nəticəsində, nəhayət, biz iyunun sonunda
şəhərə köçdük, mən burada Alp dağlarına piyada qalxmaq üçün əsl yay havasını
gözləməyi qərara aldım. Öz işimdən tam razı idim, gəzinti isə mənim səhhətimə
yaxşı təsir etməli idi. Herveq məni müşayiət edəcəyinə söz vermişdi, amma han-
sısa xoşagəlməzliklər ona mane oldu. Bu səbəbdən də, iyulun ortalarında mən tək
yola düzəldim, yol yoldaşımla Vallisdə görüşəcəyimizə şərtləşdik. Mən Firvaldştet
gölündə yerləşən Alpenaxtdan yola düşdüm, özü də Bern Oberlandının xüsusi,
az keçilmiş cığırları qeyd olunan plana da baxmırdım. Öz vəzifəmi əsaslı şəkildə
həyata keçirirdim, məsələn, Bern Oberlandında az adamın gördüyü Faulqornu
ziyarət etdim. Qasli vadisindən Qrimzelədək getdim. Orada yerli mehmanxana-
nın sahibindən – o yaraşıqlı kişi idi – Zidelqorna necə düşə biləcəyimi soruşdum.
O, içşilərindən birini, kobud, xoşagəlməz siması olan bir nəfəri bələdçi qismində
mənə verdi. Bələdçim məni qarlı çöllərlə dolanbac yollarla deyil, düz yolla apardı,
bu da şübhəli idi, o qəsdən məni tez yormaq istəyirdi. Zidelqornun zirvəsində
mən bir tərəfdən, öz zahiri cizgilərilə bizə tərəf baxan nəhəng Obelandların daxili
görünüşündən, digər tərəfdən, Momblan və Monte-Roza ilə birgə İtaliya Alpının
gözlənilmədən açılan mənzərəsindən zövq alırdım. Snovdona qalxan knyaz Pük-
ler kimi mən özümlə bir şüşə şampan şərabı götürməyi unutmamışdım. Amma
kimin sağlığına içəcəyimi bilmirdim. Sonra yenidən qarlı çöllərlə enmək lazım