425
Rixard Vaqner
Mənim həyatım
gəldi, bələdçim Alp ağacına dirənərək qeyri-adi sürətlə sürüşürdü. Mənsə ehtiyat
və aşağı sürətlə hərəkət edirdim. Axşam, tamamilə yorğun halda Obergeştelenə
çatdım, orada istirahət üçün iki gün qalmağı və şərtimizə əsasən, Herveqi
gözləməyi qərara aldım. Əslində isə, məni Alp təəssüratlarından kobud şəkildə
ayıran və indi yazıq Herveqin bulunduğu xoşagəlməz situasiyaya salan məktub
aldım. O, xüsusən rəqibinin gətirdiyi əsaslara inanacağımdan və onun barəsində
pis düşünəcəyimdən narahat idi. Bu münasibətlə onu sakitləşdirdim və məsləhət
gördüm ki, mənə İtaliya İsveçrəsində çatsın. Beləliklə, mən yenə də xoşagəlməz
bələdçimin müşayiətilə Qriz buzlağına yollandım ki, oradan da dərə vasitəsilə Al-
pın cənub yamacına keçim. Yoxuşu qalxan zaman xeyli kədərli mənzərəni görmək
imkanım oldu: Alp dağlarındakı inəklər arasında mal xəstəliyi yayılmışdı və uzun
sürü müalicə üçün vadiyə doğru axışırdı. Heyvanlar bir dəri-bir sümük idilər, zor-
la hərəkət edirdilər. Hərdən mənə elə gəlirdi ki, qeyri-adi təbiət, dumanlı otlaq-
lar bu qəmli yürüşə hansısa anlaşılmaz sevinclə baxır. Hündür buzlağın ətəyində
çox gərgin vəziyyətdə idim, əsəbi yorğunluq hiss edir, geri qayıtmaq istəyirdim.
Bu qərarım çətinliyə dözmədiyim üçün mənə nifrət edən bələdçinin istehzasına
səbəb oldu. İçərimdə oyanan qəzəb yenidən əsəblərimi oynatdı və dərhal dik buz
divara sürətlə qalxmağa başladım, yol yoldaşım mənə güclə çatırdı. Buzlaq yayla-
sında ikisaatlıq gəzinti təhlükələrlə zəngin idi, hətta qrimzelli işçi də öz həyatına
görə narahat idi. Bir az əvvəl qar yağmışdı, buz çatları örtülmüşdü və təhlükəli
yerləri görmək olmurdu. Bələdçi yolu araşdırmaq üçün məndən qabaqda ehtiyatla
addımlamalı olurdu. Nəhayət, biz çökəkliyə çatdıq. Qarşıda qar və buzla örtülü
sıldırım enişdən sonra Formass vadisi gəlirdi. Bələdçi yenidən öz riskli oyununa
başladı və məni dolanbac əvəzinə düz yolla apardı. Nəhayət, biz çınqıllarla ör-
tülmüş uçuruma yaxınlaşdıq. Şübhəsiz ki, irəli hərəkət etmək təhlükəli idi, bunu
bələdçiyə bildirdim və onu özüm əvvəldən sezdiyim daha rahat cığırla geri qayıt-
mağa vadar etdim. O, qaşqabaqlı halda razılaşdı və biz tezliklə daş səhradan çıx-
dıq. Mədəniyyət əlamətləri yenidən görünməyə başlayanda mən sevindim. Bizim
gördüyümüz mal-qara üçün ilk yararlı otlaq Bettel-Matt adlanırdı, qarşılaşdığımız
ilk adam isə marmot ovçusu idi. Tezliklə ərazi tamamilə canlandı, dağdan axıb
gələn Toza çayı burada üç geniş çıxıntısı olan gözəl, əzəmətli şəlalə əmələ gətirirdi.
Biz enincəyədək tədricən lalələr və dəmrovlar otlar və çəmənlərlə əvəzlənirdi, al-
çaqboylu ağaclar yerini şam və küknar ağaclarına verirdi, vadinin özü isə daha
gözəl görünüş alırdı. Nəhayət, biz səyahətimizin məqsədi olan Pommat kəndinə
çatdıq, italiyalı əhali onu Formassa adlandırırdı. Burada ilk dəfə marmot ətindən
hazırlanmış qızartma yedim. Təbii ki, qısamüddətli yuxu yorğunluğumu çıxar-
madı, bununla belə, səhərisi yoluma davam elədim, bu dəfə artıq tək idim, çünki
bələdçimlə hesablaşıb, onu geri göndərmişdim. Həyatımı bu adamla bağlamaqla
böyük risk etdiyimi yalız həmin ilin noyabrında anladım – o zaman bütün İsveçrə