Rixard Vaqner
Mənim həyatım
426
Qrimzel mehmanxanasında baş verən yanğın xəbərindən sarsılmışdı. Meh-
manxananı onun sahibi yandırmışdı, o, icmadan malikanə üçün icarə haqqının
yenilənməsini tələb edirdi. Cinayət ortaya çıxanda günahkar özünü bataqlığa atdı.
Amma onun yanğını törətmək üçün muzdla tutduğu adam həbs olundu. Məlum
oldu ki, bu, Qrimzelin xeyirxah sahibinin mənə buzlağa getmək üçün verdiyi
bələdçi imiş və mən indi bildim ki, bir müddət öncə o buzlaqlarda iki frankfurtlu
səyyah məhv olub. Beləliklə, mən haqlı olaraq özümü ölümcül təhlükədən qurtul-
muş hesab edə bilərdim.
23
Tədricən aşağı enən vadiyə səyahət məndə unudulmaz təəssürat oyatdı.
Toza çayının qısıldığı sıx qayalıq dərədən enərkən orada cənub bitkisi növünə rast
gəlməyimə çox heyrətləndim. Qızğın günəşli günorta Domodossolaya çatdım.
Burada naməlum müəllifin Platenov
zərifliyi ilə yazdığı əsəri xatırladım. Eduard
Devrien də bu əsərə diqqət çəkmişdi. Bu komediyada hadisələr Şimali Alpdan
qəfil İtaliyaya açılan keçiddə baş verir, buralar mənim özümü də qeyri-adi qüvvə
ilə cəlb edirdi. İtalyan zövqündə kifayət qədər sadə, amma dadlı, yaxşı təqdim
olunmuş nahar da yadımda qaldı. Həmin gün yola davam etmək üçün çox yo-
rulmuşdum. Amma Laqo-Maciore sahilinə mümkün qədər tez çatmaq arzusu ilə
alışıb-yandığımdan at tutdum, o məni axşamadək Bavenoya aparmalı idi. Mən
həqiqətən də xoşbəxt idim. Öz arabamda yırğalanarkən arabaçı vasitəsilə mənim
yanımda oturmağı xahiş edən bir zabitə kobud rədd cavabı verdim. Mənzərəli
yerlərdən keçirdim və evlərin əzəmətli xarici görünüşünə, insanların gözəl sima-
larına məmnunluqla tamaşa edirdim. Cəhrə arxasında qucağındakı körpə uşağına
asta səslə laylay oxuyan bir ana xüsusilə yadımda qaldı. Günəş batandan sonra hələ
Laqo-Macioredən qalxan Borromey adalarına tamaşa edə bildim. Qarşılaşacaqla-
rım barədə fikirlərdən çox sevincək idim, bütün gecəni yata bilmədim. Səhərisi
adaları gəzərkən məni inanılmaz heyrət bürüdü. Gözlərim qarşısındakı gözəlliyə
çata, onunla nə edəcəyimi bilmirdim. Mənə elə gəlirdi ki, buradan qaçmalıyam,
bura mənim yerim deyil. Bu hissiyyatla adaları tərk etdim, Laqo-Maciore ilə üzü-
yuxarı Lokarno və Bellinsonu vasitəsilə İsveçrə ərazisinə geri qayıtmağı düşünür-
düm. Sonra Luqanoya getməyi qərara aldım, elə ilk marşrutda da burada daha
çox qalmağım nəzərdə tutulmuşdu. Orada dözülməz, əziyyətli bürkü vardı, hətta
göldə çimmək də adamı sərinlətmirdi. Mən sarayı xatırladan binada otaq tutdum,
orada qışda Tessin kantonu hakimiyyətinin yerli toplantıları keçirilirdi, yayda isə
ondan mehmanxana kimi istifadə edirdilər. Burada rahatca yerləşmişdim, düz-
dür, kirli mebellə barışmaq lazım gəldi, onların arasında Aristofanın “Buludlar”