427
Rixard Vaqner
Mənim həyatım
komediyasından “Denksopha” da vardı. Amma tezliklə mən neçə vaxtdır əziyyət
çəkdiyim köhnə vəziyyətimə qayıtdım. Hər dəfə özümə xoş istirahət təşkil etmək
istəyəndə olduğu kimi, bu dəfə də məni növbələnən əsəb və gərginlik tutmala-
rı narahat etməyə başlayırdı. Yol üçün özümlə kitablar götürmüşdüm, xüsusən,
istirahət saatlarımı Bayronu mütaliə etməklə keçirməyi düşünürdüm. Təəssüf ki,
oxumaqdan zövq almaq üçün özümü zorlamalı oldum və “Don Juan”ı nə qədər
çox nəzərdən keçirirdimsə, bu vəzifənin öhdəsindən gəlmək mənim üçün daha
da çətinləşirdi. Bir neçə gün sonra artıq mən Luqanoya nə üçün gəldiyimi anlaya
bilmirdim. Amma qəfildən Herveqdən məlumat aldım: o, bir neçə dostu ilə bura
gəlməyə hazırlaşırdı. Hansısa qəribə instinkt məni arvadıma teleqram vurmağa
məcbur elədi, dərhal onun da bura gəlməsini istədim. Minna dəvətimə əməl etdi
və elə həmin günün axşamı Hottard poçtu ilə gəlib çıxdı. O elə yorgun idi ki, Aris-
tofanın “Denksopha”ındaca yatdı və şıdırğı yağan dolunun səsini də eşitmədi.
Səhərisi sürixli dostlar da gəlib çıxdı.
24
Herveqin ən yaxın tanışı doktor Fransua Ville ilə onun evində tanış olmuş-
dum. Villenin üzündəki çapıqlara əsasən onun tələbəlik illərində duellərdə çox
vuruşduğunu söyləmək olardı. Ümumiyyətlə, hazırcavab, dəqiq, hədəfə dəyən
qeydlərə meyillilik onun əsas cəhəti idi. Bu yaxınlarda o, Dürix gölü sahilində
Maylenin yanında məskunlaşmışdı və Herveqlə məndən tez-tez evinə qonaq
gəlməyimizi istəyirdi. Villi ziyarət edərkən biz tipik Hamburq ailə mühitinə dü-
şürdük, bu mühiti onun qayğıkeş arvadı, zəngin gəmi sahibi Slomanın qızı ya-
radırdı. Öz sözlərilə desək, həmişə tələbə olaraq qalan Ville, Hamburqda siyasi
qəzet redaktə etməklə diqqət çəkmiş və geniş əlaqələr yaratmışdı. Villenin həmişə
danışmağa mövzusu olurdu və o, cəmiyyətdə maraqlı adam hesab olunurdu. İndi,
görünür, o, qarşısına Herveqi pis ovqatdan xilas etmək və onun Alp dağlarına
hazırlaşdığımız ekspediyasiya ilə bağlı tərəddüdlərinə son qoymaq vəzifəsini qoy-
muşdu. O özü professor Eyxelbergerlə birgə Hottarddan piyada getməyə hazırla-
şırdı. Bu fikir Herveqi çox qıcıqlandırırdı: o düşünürdü ki, normal yolları deyil,
yalnız araba ilə gedə bilmədiyin yerləri piyada gəzmək olar. Şəxsən mənə İtaliya
kilsələri üçün səciyyəvi olan xoşagəlməz zəng səsini eşitməyə imkan verən Luqa-
no ətrafına gəzintidən sonra cəmiyyətimizi arxamca Borromey adalarına gəlməyə
inandırdım, ora bir daha baxmaq istəyirdim. Laqo-Maciore gölündə paroxodla
uzun qusarbığları olan arıq bir cənabla qarşılaşdıq. Zarafatla onu “general Qay-
nau” adlandırdıq və əylənmək üçün ona öz inamsızlığımızı ifadə etdik. O, hədsiz
xeyirxah Hanover əslizadəsi imiş, öz xoşu ilə uzun müddətdir İtaliyanı gəzməyə