Rixard Vaqner
Mənim həyatım
428
çıxıbmış. Bizə italiyalılar barədə xeyli maraqlı məlumat verə bilərdi. Borromey
adalarını ziyarət edərkən onun tövsiyyələrindən çox yararlandıq. Buradaca tanış-
larımız məndən və arvadımdan ayrıldılar, onlar yaxın yolla geri qayıdırdılar, biz
isə Simplon və Vallisdən keçməklə Şamoniyə qayıdacaqdıq.
Ekskursiyamın mənə yorğunluq hesabına başa gəlməsi özü-özlüyündə
tezliklə bir də belə bir səfərə çıxmayacağımdan xəbər verirdi. İsveçrənin görməli
yerlərində olmaq mənim üçün vacib idi. Ümumiyyətlə, çoxdandır ki, yalnız yeni
təəssüratlar hesabına ovqatımda ciddi dəyişiklik olacağına inanırdım. Buna görə
də Momblanı əldən buraxmaq istəmirdim. Onu görmək üçün bir çox əziyyətlərdən
keçməli oldum, Martinyidə gecə qalmağımı da buraya aid etmək olar, mehman-
xanaların əksəriyyəti dolu olduğundan, bizə gecələməyə yer tapılmırdı. Yalnız
qullquçu qızla poçtalyonun macərsından istifadə edib, gözlənilmədən cənabların
boş qoyub getdikləri fərdi evlərin birində bir gecəlik sığınacaq tapdıq. Şamoni
vadisində, lazım olduğu kimi, “Buzlu dəniz”i və
Flegere
ni ziyarət etdik, oradan
Momblana açılan mənzərə məndə qeyri-adi təəssürat yaratdı. Amma bu zirvəyə
qalxmaq mənim təxəyyülümü
Col des geants
a səyahətdən çox məşğul etmirdi,
çünki hündürlüyə qalxmaq mənim üçün dağlıq və səhralıq yerlərdə dolaşmaq-
dan daha həyəcanlı deyildi.
Flegere
dən enərkən Minna yıxıldı və ayağı çıxdı. Bu
hadisənin ağrılı fəsadları bizi bu kimi gələcək addımlardan vaz keçməyə vadar
etdi və biz Cenevrə vasitəsilə geriyə dönməyimizi sürətləndirməli olduq.
Bu, demək olar ki, yalnız səhhətimin bərpası üçün çıxdığım əhəmiyyətli və
nəhəng səyahətdənmən qeyri-adi təmin olunmamışlıq hissi ilə qayıtdım. Qəlbimdə
uzaqda olan, həyatımda həlledici rol oynayan, ona yeni istiqamət verəcək məchul
hadisə üçün darıxırdım. Evdə əmin oldumki, taleyimdə xoş dəyişiklik baş verəcək.
Müxtəlif alman teatrları “Tanhauzer”i tamaşaya qoymaqla bağlı xahiş və sifarişlər
göndərirdilər. Hamıdan əvvəl Şverinedəki saray teatrı buna can atırdı. Rekelin
mənə erkən yaşlarından tanış,aktyor Morisə ərə gedən kiçik bacısı İngiltərədə
təhsil alıb gənc ifaçı kimi Almaniyaya qayıtmışdı. O, teatra yaxın olan bir işgü-
zar adama – Ştoksa Veymarda “Tanhauzer”in onda yaratdığı təəssürat barədə
necə danışmışdısa, Ştoks da opera ilə diqqətlə tanış olmağı və müdiriyyətdə onu
səhnələşdirməyə maraq oyatmağı lazım bilmişdi. Qısa müddət ərzində Breslavl,
Praqa, Visbaden teatrları da bu tamaşa ilə maraqlandılar. Sonuncunun kapelmeys-
teri gənclik dostum Lui Şindelmeyser idi. Bu sıraya tezliklə başqa teatrlar da qo-
şuldu. Amma mən daha çox yeni indendant – cənab fon Hülzen vasitəsilə Berlin
kral teatrının müraciətinə təəccüblənmişdim. Düşündüm ki, sadiq dostum xanım
Fromanın cəhdləri sayəsində mənə həmişə rəğbət bəsləyən o zamankı Prussiya
şahzadəsi, “Tanhauzer”in Veymarda yenicə tamaşaya qoyulmasından maraqlanıb
və görünür, mənə qarşı gözlənilməz nəzakət göstərib.