429
Rixard Vaqner
Mənim həyatım
25
Kiçik teatrların sifarişləri məni sevindirdiyi halda, böyük alman teatrının sifa-
rişi məni həyəcanlandırırdı. Əvvəlincilərdəmənə sadiq və qısqanc kapelmeysterlər
vardı, onlar operanın quruluşu məsələsini özləri qaldırmışdılar, Berlində məsələ
başqa cür idi. Hamının tanıdığı, tamamilə istedadsız və dəhşətli dərəcədə
şöhrətpərəst kapelmeyster Taubertdən başqa, oranın direktoru Haynrix Dorn idi
və cavan yaşlarımdan, hələ Riqa vaxtlarından mənim onunla bağlı ağır xatirələrim
vardı. Onların heç birində mənim əsərim barədə düşünmək istəyi və imkanı gör-
mürdüm. Qabiliyyətlərinə və mənə xoşagəlməz münasibət bəslədiklərindən əmin
olduğumdan, onların rəhbərliyi altında operamın uğurlu ifasına şübhə etməyə
tam haqqım vardı. Özüm mühacir olduğumdan Berlinə gedə, quruluşa nəzarət
edə bilməzdim, buna görə də Listə mənim müavinim, alter-eqom olmağı təklif et-
dim. O, məmnuniyyətlə razılaşdı. Sonra mən Listin dəvət olunmasını şərt kimi qo-
yanda Berlin baş intendantı etiraz etdi: veymarlı kapelmeysterin dəvət olunması
Prussiya saray kapelmeysterləri üçün kobud təhqir olardı və bu səbəbdən də, mən
tələbimdəm imtina etməliydim. Hər iki tərəfi barışdırmaq üçün geniş cəhdlər edil-
di, bütün bunlar “Tanhauzer”in Berlində tamaşaya qoyulmasının uzun müddət
gündəmdən çıxarılması ilə nəticələndi.
Tanhauzer” artan sürətlə orta alman teatrlarını fəth etsə də, məndə əsərin
təqdim olunan ruhu ilə bağlı narahatlıq yarandı: mən bunu heç cür dəqiq tuta bil-
mirdim. Mənim iştirakıma heç yerdə imkan vermirdilər, bu səbəbdən də, əsərdə
irəli sürdüyüm ideyanın, başlıca vəzifənin düzgün anlaşılması üçün müfəssəl
məqalə yazdım, quruluş zamanı o, rəhbər tutulmalı idi. Bu, kifayət qədər geniş
əsərin nəfis basmalarını öz hesabıma dərc etdirdim və partituranı sifariş etmiş
hər bir teatra bir neçə nüxsə göndərdim. Xahiş elədim ki, kapelmeysterə, rejisso-
ra və baş ifaçılara onu rəhbər tutmaq,oradan məlumatlanmaq tövsiyyə olunsun.
Amma heç vaxt kiminsə məqaləni oxuduğunu və ona əməl etdiyini eşitmədim.
1864-
cü ildə məndə broşürlərdən qalmamışdı və xoşbəxtlikdən, Münhen teatrının
arxivində nə zamansa ora göndərdiyim basmaları sağ və salamat şəkildə tapdım.
Bu, mənə Bavariya kralını, itirilmiş yazını oxumaq istəyən dostlarımı məqalə ilə
tanış etmək, həm də onu öz yaddaşımda təzələmək üçün gözəl imkan verdi.
Taleyin qəribə təsadüfü üzündən, hazırda alman teatrlarında operamın
tamaşaya qoyulması mənim iş görməyə qərar verməyimlə üst-üstə düşdü. Bu
qərarı mənə müasir teatr şərtlərindən tam imtina etmək zərurəti diqtə etmişdi.
Amma bu cür qeyri-adi dönüş mənim əməyimin xarakterinə heç cür təsir etmədi.
Əvvəlki planımı sadiqliklə hər şeyi öz axarına buraxdım, quruluşlara heç cür təsir
etmədim. Hər şeyi taleyin üzərinə atdım. Əsərlərimin uğur qazanması barədə