Rixard Vaqner
Mənim həyatım
430
xəbərlər məni təəccübləndirirdi. Amma bu mənim daim teatr və xüsusən, bizim
opera barədə fikirlərimi dəyişməyə vadar edə bilmirdi. Mən “Nibelunqlar”ı yaz-
maq qərarımdan çəkinmirdim. Çünki əgər müasir opera teatrı tamamilə mövcud
olmasaydı belə, mənim arzuladığım həmin ideal teatr mütləq yaranacaqdı. Beləcə,
bu ilin oktyabr və noyabrında “Reyn qızılı”nı yazdım, Nibelunqlar barədə düşün-
düyüm saqa silsiləsini bu əsərlə bitirdim. Amma eyni zamanda “Gənc Ziqfrid”i
və “Ziqfridin ölümü”nü yenidən işlədim və onlar ümumilikdə bir-birilə düzgün
əlaqəyə girdilər. Sonuncu şey o qədər böyüdü ki, açıq şəkildə ideyanın ümumi
planı ilə uyğunluq təşkil etməyə başladı. Buna uyğun olaraq, ona bütün poemaya
uyğun gələn yeni ad verdim – “Tanrıların ölümü”. “Gənc Ziqfrid”i isə “Ziqfrid”
adlandırdım.
26
Bu geniş poetik əsəri, şübhəsiz ki, ona marağı ola biləcək adamlardan uzun
müddətə saxlamaq zərurəti məni məyus edirdi. Teatrlar gözlənilmədən, bir-birinin
ardınca “Tanhauzer”ə görə mənə düşən qonorarı göndərməyə başlamışdılar, bu
gəlirin bir hissəsini şəxsən özüm üçün poemanın 50 ədəd nəfis nüsxələrini sifariş
etməyə ayırdım. Amma mənim üçün bu xeyli xoş məşğuliyyəti başa çatdırdıqdan
sonra böyük dərdlə üzləşməli oldum.
Düzdür, ətrafdakıların arasında nəhəng poetik əsərin başa çatmasına
təəssüflənən adamlar vardı, hərçənd, tanışların əksəriyyəti bütün bunları xamxəyal
və ya təkəbbürlü şıltaqlıq hesab edirdilər. Həqiqətən də, bu əsəri yalnız Herveq
anlayır və ona səmimi yanaşırdı, mən tez-tez tez onunla bu barədə müzakirə apa-
rırdım, adətən hazır hissələri ona oxuyurdum. Zultser “Ziqfridin ölümü”nə etdi-
yim dəyişikliklərdən çox narazı idi, çünki əvvəlki variantı uğurlu və orijinal hesab
edirdi. O düşünürdü ki, əgər orada belə əhəmiyyətli dəyişikliklər etməyi düzgün
və məqsədəuyğun bilmişəmsə, əsər bu cəhətlərdən məhrum olub. Bu səbəbdən
də, o, ilk redaksiyanın əlyazmasını yadigar istədi, əks halda, o it-bata düşəcəkdi.
Poema ilə mümkün qədər sürətli ardıcllıqla tanışlıq zamanı yaranacaq təəssürat
barədə anlayışa malik olmaq üçün, mən bir neçə gündən sonra, dekabrın orta-
larında, işimi bitirib Ville ailəsini öz malikanələrindəcə ziyarət etməyə, məhdud
dairədə cəmiyyət qarşısında öz əsərimi oxumağa qərar verdim. Mənimlə ora yola
düşən Herveqdən başqa, frau Ville və onun bacısı frau fon Bissinq də orada idilər.
Hələ Mariafeldə tez-tez baş tutan əvvəlki səfərlərim zamanı mən hər iki xanımı ro-
yalda özünəməxsus ifamla əyləndirirdim və onların qismində özüm üçün mənə az
qala fanatcasına sadiq publika qazanmışdım, bu, cənab Villenin xoşuna gəlmirdi,
o açıq etiraf edirdi ki, musiqi ona dəhşət aşılayır, amma sonunda o, bu məsələlərə