431
Rixard Vaqner
Mənim həyatım
komik yanaşmağı öyrəndi, onlardakı əyləncəliliyin fərqinə vardı, mən axşamüstü
gəlib çıxdığımdan, dərhal “Reyn qızılı”na başladıq. Sonra mənim ağlıma gəldi,
hələ gec deyil və dinləyicilər gərginlikdən qorxmadıqlarından gecəyarısınadək
Valkiriya”nı oxuyub qurtardım. Sabahısı, səhər yeməyindən sonra “Ziqfrid”in
növbəsi idi, axşamsamən “Tanrıların ölümü”nü başa çatdırdım. Əsərlərimin yarat-
dığı təəssüratdan razı qalmağa əsasımvardı: qadınlar elə həyəcanlanmışdılar ki, bu
mövzuda hər hansı söhbətdən imtina edirdilər. Təəssüf ki, mən hansısa izaholun-
maz qorxu və həyəcan keçirirdim. Gecəni yatmadım, səhərisi qorxaqcasına bütün
söhbətlərdən qaçdım və qəfil gedişimlə hamını təəccübləndirdim. Görünür, təkcə
məni evədək müşayiət edən Herveq əhvalımı başa düşdüyündən sükutu pozmadı.
Fasiləsiz yazışdığım və bütün planlarımı mərhələ-mərhələ izləyən Drezdendəki
sadiq dostum Uliqə əsəri bitiridiyimi yazmaqla özümü məmnun etmək istədim.
Reyn qızılı”nı bitirməmiş “Valkiriya”nı ona göndərmək istəmirdim. Bundan baş-
qa, o bütün bunları yaxşı nəşr olunmuş nüsxədə əldə etməli idi. Payızın gəlişi ilə
mən Uliqin məktublarından onun səhhətinin getdikcə naharatlıq üçün əsas ver-
diyini hiss etməyə başladım. O, şübhəli öskürək tutmalarının artmasından və
sonda səsinin tamam tutulmasından gileylənirdi. Uliq özü bunu adi zəiflik hesab
edirdi, düşünürdü ki, soyuq su vannaları və gücləndirilmiş piyada gəzintilərlə bu
zəifliyinin öhdəsindən gələcək. Günah teatr skripkaçılığındadır: şəhərkənarında
yeddisaatlıq gəzintidən sonra özünü daha yaxşı hiss edir. Düzdür, öskürək və
xırıltı keçmir,yaxındakılarla belə, danışmaq onun üçün çətindir. Mən yazığı qor-
xutmaq istəmirdim və daim ümid edirdim ki, onun vəziyyəti həkimi daha ağıl-
lı müalicə tövsiyyə etməyə vadar edəcək. İndi onun su ilə müalicə prinsiplərinə
sadiqliklə bağlı fikirlərini eşidəndə mən mənasızlığa son qoymağı tələb etməyə
bilmədim, məsləhət gördüm ki, daha ağıllı həkimə müraciət etsin, çünki görü-
nür, söhbət möhkəmlənməkdən yox, qüvvənin qorunmasından gedir. O zaman
yazıq çox qorxdu, çünki bu sözlər mənim onun vərəmə yoluxub-yoluxmadığı ilə
bağlı narahatlığımdan xəbər verirdi. O, mənə yazırdı: “Əgər vəziyyətim bu qədər
pisdirsə, mənim yazıq arvadımın və uşaqlarımın axırı necə olacaq?”. Təəssüf ki,
gec idi. O mənə son qüvvəsini toplayıb yazırdı. Bir dəfə köhnə dostum, xormeys-
ter Fişer mənə Uliqdən müxtəlif tapşırıqları çatdırmalı idi: o, qulağını Uliqin ağ-
zına tutsa da, xəstənin sözlərini çətinliklə eşidə bilmişdi. Bunun ardınca çox tez
bir zamanda onun ölüm xəbəri gəldi. O, yanvarın 3-də, 1853-cü ildə dünyasını
dəyişdi. Lersdən sonra bu, mənim sadiq dostlarım arasında vərəmin əlimdən al-
dığı ikinci adam idi. “Nibelunqun üzüyü”nün onun üçün nəzərdə tutulmuş gözəl
nüsxəsinin yiyəsi həyatdan getmişdi. Mən bu kitabı onun övladına, xaç oğluma
vəsiyyət elədim. O, oğluna Ziqfrid adı vermişdi. Arvadından Uliqin qoyub getdiyi
nəzəri əsərlərini istədim və xeyli əhəmiyyətli şey əldə etdim, bunların arasında
mövzuların konstruksiyası haqqında yuxarıda qeyd etdiyim məqalə də vardı. Bu